Hara gedirsən? Vətən sənə halallıq vermir Deputatdan nazirə təklif
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Mənə elə gəlir ki, səhiyyə naziri Teymur Musayev təyinat məsələsində yumşaq davranır. Nə olur olsun, təyinatı alan həkim təyinat yerinə getməlidir. Əks təqdirdə onlara diplom verilməli deyil”.
Ölkə.az xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisdə büdcə müzakirəsi zamanı deyib.
O əlavə edib ki, Tibb Universitetində yaxşı dərs keçirilir: “Çünki bizim həkimləri Şərqi, Qərbi Avropa, Türkiyə və başqaları məmuniyyətlə qəbul edir. Demək ki, hazırlıqlıdırlar. Ay oğul, məni qoyub hara gedirsən? Mənim borcumu ödəməmiş hara gedirsən? Belə təbliğ olunsun, birbaşa rəsmi şəkildə deyilsin ki, vətən sənə halallıq vermir. Bundan başqa, 1980-ci ildə İmişlinin Aranlı kəndində xəstəxana tikilib, 45 ildir ki, ağzıgünə qalıb. Bu xəstəxananı niyə tikdilər, niyə istifadə olunmadı? Teymur müəllim, bu məsələ ilə maraqlanın”.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 20 Noyabr 2025 20:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















