Icma.az
close
up
RU
Deputatın qardaşı istintaqa cəlb edildi QHT işi ndə yeni xəbər

Deputatın qardaşı istintaqa cəlb edildi QHT işi ndə yeni xəbər

Lent az saytına istinadən Icma.az xəbər verir.

"QHT işi"ndə daha bir həbs

Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı aparılır.

Lent.az-ın məlumatına görə, istintaq cərçivəsində daha bir nəfər-Əhməd Məmmədzadə barəsində  Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Əhməd Abbas oğlu Məmmədzadə ABŞ-nin Şərq-Qərb İdarəçilik İnstitutu ("East-West Management Institute (INC)") ilə 2013-2023-cü illər ərzində ən azı 268 min 632 manat qeydiyyatdan keçməmiş vəsaiti qeyri-qanuni rəsmiləşdirməkdə ittiham olunur.

700 min manat necə leqallaşdırılıb?


Baku TV-nin  məlumatına görə,  fiziki şəxs qismində dövlət qeydiyyatından keçən bəzi şəxslər qanunvericiliyə zidd olaraq donor kimi qeydiyyatdan keçmədən, “xidmət müqavilələri” adı altında beynəlxalq təşkilatlarda müxtəlif məbləğlərdə qrant vəsaitlərini rəsmiləşdirməyə nail olublar.

Həmin müqavilələr üzrə guya ayrı-ayrı beynəlxalq təşkilatlara xidmət göstərilməsi görüntüsü yaradılıb, bu yolla xeyli miqdarda qrant vəsaitləri əldə edilib və həmin vəsaitlə əldə edilmiş əmlaklar leqallaşdırılıb.

 Ümumilikdə söhbət təxminən 700 min manata yaxın vəsaitdən gedir

Araşdırmalar zamanı məlum olub ki, bu yolla Əhməd Məmmədzadədən başqa, İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin İdarə Heyətinin sədri Bayramov Qalib İbad oğlu BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyi və ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşməklə “Azərbaycanda şəffaflıq tərəfdaşlığı” mövzusunda Azərbaycan Respublikasında həyata keçirilən qrant layihəsi üzrə “Transparency International” təşkilatının Azərbaycan bölməsi ilə 2017-ci il ərzində ən azı 32 min 051 manat, Samur rayon İnstitut qəsəbə tam orta məktəbində direktor vəzifəsini icra edən Əhmədov Asəf Vahid oğlu ABŞ-nin Alman Marşal Fondu və “Family Health International” (“FHI360”) Humanitar təşkilatı ilə 2022-2024-cü illər ərzində ən azı 105 min 423 manat, “Gender Port” MMC-də bölmə rəhbəri işləyən Muxtarova Nərgiz Ağarazı qızı ABŞ-nin “Mercy Corps” Qlobal Humanitar təşkilatı ilə 2023-2024-cü illər ərzində ən azı 151 min 459 manat, Ağazadə Aytac Elxan qızı ABŞ-nin Alman Marşal Fondu ilə 2023-2024-cü illər ərzində ən azı 85 min 867 manat, qeydiyyatdan keçməmiş məbləği qeyri-qanuni rəsmiləşdirib.

Qalib Bayramov kimdir?

İstintaqda adı çəkilən İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin İdarə Heyətinin sədri Bayramov Qalib İbad oğlu deputat Vüqar Bayramovun qardaşıdır. Qalib Bayramovun digər qardaşı isə keçmiş Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğludur.

İstintaqa daha kimlər cəlb olunub?

Aprelin 9-da Asəf Əhmədov, Qalib Bayramov, Əhməd Məmmədzadə, Zamin Zəkiyev, Nərgiz Muxtarova, Aytac Ağazadə Cinayət Məcəlləsinin “cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma”, “ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə” və “vəzifə saxtakarlığı” maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb ediliblər. Qalib Bayramov və Nərgiz Muxtarova barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib

Üç nəfər barəsində həbs

 Asəf Əhmədov, Əhməd Məmmədzadə və Zamin Zəkiyev barəsində isə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Onlar barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İndiyə qədər kimlər həbs olunub?

Buna qədər isə "İştirak Evi " MMC - nin təsisçisi və direktoru Məmməd Alpay (Məmmədzadə), "Benefisiar: Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
Məmməd Alpay (Məmmədzadə) və Bəşir Süleymanlı barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Sübhan Həsənli istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.
“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) haqqında cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıb və onun barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:291
embedMənbə:https://lent.az
archiveBu xəbər 10 Aprel 2025 23:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see783

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see526

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see315

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see294

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see286

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see269

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see259

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see248

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see247

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see245

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see242

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see235

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see231

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see228

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see225

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see203

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see201

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see190

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see184

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri