Deputatın qardaşı SAXLANILDI
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İzmir Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində yeni əməliyyat başlanıb.
Bakıvaxtı.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Məlumata görə, istintaq çərçivəsində CHP Malatya millət vəkili Vəli Ağbabanın qardaşı Hür Ağbaba da daxil olmaqla iki şübhəli saxlanılıb.
İstintaqı aparan prokurorun göstərişi ilə şübhəlilərin tutulması üçün Diyarbəkir və Malatyada eyni vaxtda əməliyyatlar keçirilib. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, saxlanılan şübhəlilər əvvəllər eyni iş üzrə həbs olunmuş Egeşehirin baş meneceri Süleyman Ekinci ilə əlaqəli hərəkət ediblər.
Diyarbəkir və Malatyada araşdırma aparıldıqdan sonra şübhəlilərin istintaqın aparıldığı İzmirə köçürülməsi gözlənilir.
İstintaq çərçivəsində yeni həbslərin olub-olmayacağı və şübhəlilərə qarşı irəli sürülən ittihamların təfərrüatlarının qarşıdakı prosesdə daha aydın olması gözlənilir.
Murad Məmmədli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 05 Avqust 2026 09:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















