Deputatın qardaşı möhkəm döyüldü: qonşu ölkədə KONKRET
Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistanda hakim partiyanın tanınmış simalarından birinin ailə üzvünə qarşı hücum ölkədə geniş rezonans doğurub.
KONKRET.az xəbər verir ki, Armlur, Shamshyan.com və Ermənistan İstintaq Komitəsinin yaydığı məlumata görə, hadisə gecə saatlarında Abovyan şəhərində, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının parlament fraksiyasının rəhbəri Hayk Koncoryanın qardaşı Avet Koncoryanın yaşadığı binanın qarşısında baş verib.
Məlumata görə, Avet Koncoryan bir neçə nəfərin hücumuna məruz qalıb. Zərərçəkən faktı təsdiqləyib. Ermənistan İstintaq Komitəsi hadisə ilə bağlı bir nəfərin saxlanıldığını, digər şübhəlilərin isə axtarıldığını açıqlayıb.
Yerli KİV-in məlumatına əsasən, insidentin Abovyanda yaşayış komplekslərinin tikintisi ilə bağlı yaranmış münaqişə zəminində baş verdiyi bildirilir.
Shamshyan.com yazır ki, saxlanılan şəxs Abovyan Ağsaqqallar Şurasının üzvü Nairi Akopyandır. Nəşrin məlumatına görə, hücum edənlər arasında “Milon Mining” tikinti şirkətinin direktoru Babken Ovakimyan da olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 27 İyul 2026 23:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















