Icma.az
close
up
RU
Deputatın Sumqayıtda növbəti görüşü: “Prezident İlham Əliyevin ABŞ rəhbərliyi ilə qurduğu qarşılıqlı etimad və siyasi dialoq…”

Deputatın Sumqayıtda növbəti görüşü: “Prezident İlham Əliyevin ABŞ rəhbərliyi ilə qurduğu qarşılıqlı etimad və siyasi dialoq…”

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Deputat Səbinə Salmanova Sumqayıt şəhərində ictimaiyyət nümayəndələri ilə görüşüb.

Görüşdə Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhəri üzrə nümayəndəliyinin üzvləri, Sumqayıt Ağsaqqallar Şurasının təmsilçiləri, şəhid ailələri, müharibə veteranları və qazilər iştirak ediblər.

Millət vəkili Səbinə Salmanova iştirakçılara Cənab Prezident İlham Əliyevin ABŞ-yə işgüzar səfəri çərçivəsində üçtərəfli Vaşinqton görüşü və həmin görüşün nəticəsi olaraq imzalanmış Birgə Bəyannamə haqqında ətraflı məlumat verib. 
O, bildirib ki, avqustun 8-də ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüş regionun gələcəyi üçün mühüm tarixi əhəmiyyət daşıyır:

“Vaşinqtonda qəbul olunmuş Birgə Bəyannamə təkcə sülh çağırışı deyil, həm də Cənubi Qafqazda formalaşmış yeni siyasi reallıqların beynəlxalq hüquqi sənədlə təsdiqidir. Bu sənədin əsasını Prezident İlham Əliyevin uzaqgörən liderliyi, prinsipial siyasi mövqeyi və milli maraqları hər zaman üstün tutan fəaliyyət xətti təşkil edir. Azərbaycan təkcə 44 günlük Vətən müharibəsində deyil, həm də diplomatik müstəvidə qalib gəlib. Prezident İlham Əliyev hərbi zəfəri siyasi və hüquqi üstünlüklə tamamlayaraq regionda davamlı sülhün əsasını qoyub”.

Deputat daha sonra bildirib ki, Birgə Bəyannamədə yer alan ən mühüm müddəalardan biri də Azərbaycanla Naxçıvan arasında quru yolu ilə nəqliyyat əlaqəsinin qurulması, Zəngəzur dəhlizinin açılmasıdır:

“Bu layihə Prezident İlham Əliyevin illər öncə verdiyi vədin real nəticəyə çevrilməsinin bariz nümunəsidir. Vaşinqton görüşündə qəbul edilmiş sənəd göstərdi ki, Zəngəzur dəhlizi artıq regional deyil, beynəlxalq əhəmiyyətə malik strateji layihə kimi tanınır. Bu dəhliz Azərbaycanla Naxçıvanı birləşdirməklə yanaşı, Türk dünyasını da birləşdirir və yeni iqtisadi imkanların yaranmasına təkan verir. Eyni zamanda “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP)” adlı nəqliyyat layihəsi də regionda iqtisadi inteqrasiyanı gücləndirəcək və Azərbaycanın tranzit potensialını daha da artıracaq”.

Birgə Bəyannamənin siyasi nəticələrinə toxunan deputat Səbinə Salmanova bildirib ki, ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmi şəkildə son qoyulması ən önəmli hadisədir:

Artıq Azərbaycan və Ermənistan XİN rəhbərləri tərəfindən imzalanmış birgə müraciət əsasında bu formatın ləğvi prosesi başlanılıb. Minsk qrupu uzun illər ərzində problemin həllinə deyil, onun dondurulmasına xidmət edib. Prezident İlham Əliyev bu prosesi uğurla yekunlaşdıraraq tarixi ədaləti bərpa edib. Torpaqlarımızı öz gücümüzlə azad etdik və beləliklə, bu formatın da siyasi həyatı başa çatdı.

ABŞ səfərinin mühüm nəticələrindən biri də Prezident Donald Trampın “Azadlığı Müdafiə Aktı”na edilmiş 907-ci düzəlişin icrasını dayandıran sənədi imzalaması oldu. Bu, Azərbaycan üçün əhəmiyyətli diplomatik və siyasi qələbədir. 1992-ci ildən bəri ölkəmizə qarşı qərəzli yanaşmanın simvolu olan bu düzəlişin dayandırılması Prezident İlham Əliyevin ABŞ rəhbərliyi ilə qurduğu qarşılıqlı etimadın və siyasi dialoqun bariz nəticəsidir. Bu qərar Azərbaycan-ABŞ münasibətlərinin inkişafında yeni mərhələnin əsasını qoyacaq”.

Görüş tədbir iştirakçılarılarının çıxışları ilə davam edib.

Sumqayıt Ağsaqqallar Şurasının üzvləri, müharibə veteranları və şəhid ailələrinin nümayəndələri çıxışlarında Prezident İlham Əliyevin ABŞ səfəsinin nəticələrini yüksək dəyərləndiriblər.

Qeyd olunub ki, Azərbaycanın həm döyüş meydanında, həm də siyasi-diplomatik müstəvidə əldə etdiyi uğurlar xalqın birliyi və Prezidentə olan etimadı sayəsində mümkün olub.

Şəhid ailələrinin nümayəndələri xüsusi vurğulayıblar ki, övladlarının müqəddəs qanı yerdə qalmayıb. Onların canı bahasına azad edilən torpaqlarda bu gün dövlətimizin siyasi qələbəsi və sülh təşəbbüsləri davam edir. Bu uğurlar şəhidlərin ruhuna ən böyük ehtiramdır.

Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhəri üzrə nümayəndəliyinin üzvləri isə çıxışlarında Vaşinqton Bəyannaməsini gələcək nəsillər üçün siyasi təhlükəsizlik təminatı kimi qiymətləndiriblər. Onlar bu sənədin Qərbi Azərbaycanlıların doğma yurdlarına qayıdışı üçün hüquqi və siyasi zəmin yaratdığına, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu məqsədə tezliklə nail olunacağına əmin olduqlarını bildiriblər. 

Görüş səmimi dialoq mühitində keçirilib və iştirakçılar tərəfindən müxtəlif məsələlərlə bağlı suallar və təkliflər səsləndirilib. 

“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:49
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Avqust 2025 02:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri