Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Panik atakla infarktı necə ayırd etmək olar?

Səhər yeməyində buna diqqət edin!

Ankarada yüzlərlə sayt BLOKLANDI

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

Maskın raketi suya düşərək partladı Video

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

Tbilisidəki matçdan əvvəl qalmaqal: Azərbaycanlı hakim hədəfdədir

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

İraq ABŞ dən İranla uçuşlara icazə verməsini istəyir

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

“Kəlbəcərdə görüntülənən bu heyvan inəyin bir növüdür, Qırğızıstandan gətirilib” Yak təsərrüfatında artım varmı? ÖZƏL

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

Deputatın təklifinə ekspertdən reaksiya: Ciddi problemlərə səbəb ola bilər

Deputatın təklifinə ekspertdən reaksiya: Ciddi problemlərə səbəb ola bilər

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Azərbaycanda şagird sayı az olan məktəblərin bağlanması və ya optimallaşdırılması məsələsi həm təhsil sistemi, həm də sosial-iqtisadi baxımdan ciddi problemlərə səbəb ola bilər. Xüsusilə, dağlıq və ucqar rayonlarda yerləşən məktəblərin bağlanması bir çox mənfi təsirlər yarada bilər".

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil ekspert Kamran Əsədov Milli Məclisin deputatı Fazil Mustafanın kəndlərdə şagird sayı az olan məktəblərin distant təhsilə keçməsi ilə bağlı fikirinə münasibət bildirərkən deyib. 

Ekspert hesab edir ki, ucqar ərazilərdə məktəblərin bağlanması, həmin bölgələrdə yaşayan uşaqların təhsilə çıxışını çətinləşdirə bilər:

"Şagirdlərin bağlanan məktəblərin yerinə daha uzaqda yerləşən məktəblərə  getməsi üçün çox vaxt uzun məsafələr qət etməsi tələb olunur. Bu, xüsusilə təhlükəli və çətin yol şəraitləri olan dağlıq rayonlarda ciddi problem yaradır. Nəticədə, bəzi valideynlər uşaqlarını məktəbə göndərməkdən imtina edir və ya uşaqlar təhsildən tamamilə kənarda qalır. Bu vəziyyət xüsusilə qız uşaqları üçün daha çox narahatlıq doğurur, çünki uzaq məsafələr və təhlükəsizlik məsələləri valideynlərin onları məktəbə göndərmək qərarına mənfi təsir göstərir".

Ekspert qeyd edib ki, sosial və mədəni təsirləri nəzərə almaq vacibdir:

"Məktəblər yalnız təhsil müəssisəsi deyil, həm də kənd və qəsəbələrin sosial-mədəni həyatında mərkəzi rol oynayan strukturlardır. Məktəblərin bağlanması icmaların sosial həyatına mənfi təsir göstərir, mədəni tədbirlərin keçirilməsi üçün mərkəzlərin azalmasına və icma ruhunun zəifləməsinə səbəb olur. Məktəblər həmçinin kəndlərdə uşaqların bir yerə toplaşdığı, sosiallaşdığı və mədəniyyətlə tanış olduğu yerlərdir. Onların bağlanması bu proseslərin dayanmasına və icmalar arasında bağlılığın azalmasına gətirib çıxarır. Bundan əlavə, məktəblərin bağlanması kəndlərin boşalmasına səbəb ola bilər, çünki valideynlər övladlarının təhsili üçün daha əlverişli yerlərə köçməyi üstün tuta bilər".

Kamran Əsədov vurğulayıb ki, iqtisadi baxımdan məktəblərin bağlanması müəllimlərin və digər təhsil işçilərinin işsiz qalmasına səbəb olur:

"Bu, yalnız fərdlərə deyil, həm də yerli iqtisadiyyata mənfi təsir göstərir. Təhsil sektoru iş yerləri ilə yanaşı, kəndlərdə iqtisadi dövriyyəyə töhfə verir. Məktəblər bağlandıqda, müəllimlər və təhsil işçiləri gəlirlərini itirir və bu da yerli bazarda dövriyyənin azalmasına səbəb olur. Belə bir vəziyyət kənd yerlərinin iqtisadi zəifləməsinə və sosial problemlərin artmasına gətirib çıxara bilər".

Ekspetin fikirincə, maliyyə baxımından az şagirdi olan məktəblərin saxlanılması dövlət büdcəsi üçün böyük maliyyə yükü yarada bilər:

"Elm və Təhsil Nazirliyinin məlumatına görə, şagird sayı az olan məktəblərdə bir şagirdin illik təhsil xərci 7 min manatdan başlayır və bəzi məktəblərdə bu rəqəm 64 min manata qədər yüksəlir. Bu rəqəmlər məktəblərin fəaliyyətinin maliyyə baxımından səmərəsiz olduğunu göstərir. Lakin bu məktəblərin bağlanmasının uzunmüddətli sosial və iqtisadi nəticələri də nəzərə alınmalıdır. Təhsil müəssisələrinin bağlanması nəticəsində yaranan sosial bərabərsizlik və kadrların itirilməsi uzunmüddətli dövrdə ölkənin ümumi inkişafına mənfi təsir göstərə bilər”. 

Ekspert əlavə edib ki, dünya təcrübəsi göstərir ki, ucqar ərazilərdə təhsilin əlçatanlığını təmin etmək üçün alternativ modellərdən istifadə olunur:

"Məsələn, Skandinaviya ölkələrində mobil tədris mərkəzləri və distant təhsil həlləri tətbiq olunur. Bu yanaşma, ucqar və azsaylı məktəblərdə təhsilin davamlılığını təmin etmək üçün effektiv bir üsuldur. Azərbaycanda da bu təcrübədən yararlanmaq mümkündür. Distant təhsil və ya hibrid təhsil modeli tətbiq edilərək, şagirdlərə lazımi biliklər ötürülə bilər. Bunun üçün internet infrastrukturunun inkişaf etdirilməsi, müəllimlərin distant təhsilə uyğun təlimlərə cəlb olunması və müvafiq texnologiyaların təmin edilməsi vacibdir. Digər bir yanaşma olaraq, azsaylı məktəblərin birləşdirilməsi və ya tədris mərkəzlərinə çevrilməsi təklif edilə bilər. Bu mərkəzlər bir neçə kəndin şagirdlərini bir yerə toplamaqla daha səmərəli fəaliyyət göstərə bilər. Lakin bu yanaşmanın uğurlu olması üçün şagirdlərin mərkəzlərə daşınmasını təmin edən təhlükəsiz və rahat nəqliyyat vasitələri təşkil edilməlidir”. 

Kamran Əsədov deyir ki, şagird sayı az olan məktəblərin bağlanmasının qarşısını almaq üçün icmaların sosial və iqtisadi xüsusiyyətləri nəzərə alınmalıdır:

"Hər bir məktəbin bağlanmasının yerli əhali üzərindəki təsirləri qiymətləndirilməli və bu qərar yalnız maliyyə səmərəliliyi baxımından deyil, həm də sosial və mədəni baxımdan araşdırılmalıdır. Məktəblər sadəcə təhsil müəssisələri deyil, həm də yerli icmaların mədəni irsini qoruyan və gələcək nəsilləri formalaşdıran mərkəzlərdir. Buna görə də, onların bağlanması son çarə kimi nəzərdən keçirilməli və hər bir halda alternativ həll yolları araşdırılmalıdır”. 

Ekspert bildirib ki, Azərbaycanda ucqar bölgələrin inkişafı üçün təhsil infrastrukturunun qorunması və gücləndirilməsi prioritet olmalıdır: 

"Məktəblərin bağlanması yerinə daha innovativ yanaşmalar tətbiq olunaraq, həm təhsil keyfiyyəti artırıla bilər, həm də sosial problemlərin qarşısı alına bilər. Beləliklə, şagird sayı az olan məktəblər təkcə təhsil sistemi üçün deyil, həm də ölkənin sosial-iqtisadi inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Bu məsələyə diqqətlə yanaşaraq, ölkənin bütün bölgələrində təhsilin əlçatanlığını və keyfiyyətini təmin etmək mümkündür”. 

Qeyd edək ki, Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxışında kənd məktəblərinin qorunmasından danışıb:

"Hər bir kənddə istər məktəblər, istər kitabxanalar mütləq qorunmalıdır. Necə ki, biz məscidləri qoruyuruq. Şagirdi az olan məktəblərdə distant təhsilə keçməklə bu məktəbləri qorumaq mümkündür. Belə olduqda həmin məktəblərdə 30 yox, 10 müəllim bu işin öhdəsindən gələ bilər”.

Bahar Rüstəmli


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 25 Noyabr 2024 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see223

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see195

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Tbilisidəki matçdan əvvəl qalmaqal: Azərbaycanlı hakim hədəfdədir

28 Sentyabr 2026 02:29see153

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

28 Sentyabr 2026 03:28see152

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

İraq ABŞ dən İranla uçuşlara icazə verməsini istəyir

28 Sentyabr 2026 02:24see151

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

“Kəlbəcərdə görüntülənən bu heyvan inəyin bir növüdür, Qırğızıstandan gətirilib” Yak təsərrüfatında artım varmı? ÖZƏL

28 Sentyabr 2026 07:50see150

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

28 Sentyabr 2026 10:51see150

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri