Deputatın təşəbbüsü ilə türkiyəli həkimlər komada olan yeniyetmənin müayinəsinə cəlb olunub
Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.
Azərbaycan Respulikası Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlının təşəbbüsü ilə qardaş Türkiyədən dəvət olunmuş məşhur alqoloq Prof. Dr. Ercan Gürses və ölkəmizin tanınmış ürək-damar cərrahı, fleboloq Dr. Tengiz Cəlilovun rəhbərliyi ilə bir qrup həkim heyəti avtoqəza nəticəsində ağır beyin əməliyyatı keçirən və uzun müddət komada qalan Neftçala sakini 2009-cu il təvəllüdlü Aqil Nəcəfovun müayinə və müalicəsinə cəlb olunublar.

Newscenter.az xəbər verir ki, millət vəkili həkim heyəti ilə birgə yeniyetmənin hazırkı vəziyyəti ilə tanış olub, onun səhhətində yüksək irəlləyiş olduğunu, yeniyetməni daim nəzarətdə saxlayacağını bildirib.
Aqil Nəcəfovun valideyinləri və doğmaları göstərdiyi diqqət, qayğıya və məktəblinin səhhəti ilə bağlı həssaslığa görə T.Rüstəmxanlıya təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, Bakı şəhərində ağır beyin əməliyyatı keçirən 15 yaşlı məktəbli Aqil Nəcəfov 1 ay komada qalıb və hazırda Neftçala rayon xəstəxanasında müalicəsi davam edir.

Süleyman
Bu mövzuda digər xəbərlər:Deputatın təşəbbüsü ilə bu küçəyə asfalt çəkildi FOTO
31 İyul 2025 23:37
Zəfərin rəngi : Deputatın təşəbbüsü ilə Sumqayıtda tədbir keçirilib FOTOLAR
28 Oktyabr 2025 18:04
Deputatın təşəbbüsü ilə 150 ailənin istifadəsi üçün texniki su xətti çəkildiFOTOLAR
30 Dekabr 2024 11:46
Deputatın QHT biznesi
07 İyun 2025 15:32
“Dəvətnaməbaz!” Deputatın yazısı...
20 Sentyabr 2025 16:00
Baxış sayı:100
Bu xəbər 05 Fevral 2025 10:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















