Icma.az
close
up
RU
Deputatlar bəzi qurumları paytaxtdan Qarabağa köçürməyi TƏKLİF ETDİLƏR

Deputatlar bəzi qurumları paytaxtdan Qarabağa köçürməyi TƏKLİF ETDİLƏR

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prezident İlham Əliyev ötən gün "İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında" 12 avqust 2021-ci il tarixli fərmanında dəyişiklik edib. Fərmana əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi Bərdədən Xankəndiyə köçürüləcək. 

İdarənin fəaliyyəti Xankəndi şəhərini və Ağdərə rayonunu əhatə edəcək.

Bu kontekstdə digər idarələrin də Xankəndiyə, eləcə də Qarabağın digər bölgələrinə köçürülməsi məsələsi gündəmə gəlir.

Modern.az digər qurumların köçürülməsi məsələsinə münasibət öyrənmək üçün Qarabağı təmsil edən deputatlarla həmsöhbət olub.

Xocalınının deputatı Elman Məmmədovun sözlərinə görə, mümkündür ki, bəzi digər idarələr də Xankəndidə yerləşdirilsin, amma bu, bütün regional qurumların yalnız bir mərkəzdə - istər Xankəndi, istərsə də digər şəhərdə (Şuşa və ya Ağdam) cəmləşdirilməsi baxımından məqsədəuyğun deyil. O bildirib ki, burada təkcə idarəetmə məsələləri deyil, həmçinin iş yerləri, mənzil təminatı kimi vacib sosial faktorlar da nəzərə alınmalıdır.

“Mən hesab edirəm ki, təkcə regional strukturların deyil, digər sahələrə aid qurumların da bölgələrdə yerləşməsi daha səmərəli olar. Məsələn, hazırda ölkənin bütün nazirliklərinin, universitetlərinin böyük əksəriyyəti, eyni zamanda respublika əhəmiyyətli komitələr Bakıda cəmləşib. Bu da paytaxtın həddindən artıq yüklənməsinə səbəb olur. Nəticədə isə mənzil çatışmazlığı, tələbələrin yataqxana ilə təminatı, iş yerlərində sıxlıq, küçələrdə nəqliyyat tıxacları kimi problemlər ortaya çıxır.

Əgər biz 21-ci əsrin çağırışlarını və sosial ehtiyacları nəzərə alsaq, bu problemlərin həlli yollarından biri də məhz regional idarələrin yaradılması ilə yanaşı, onların fəaliyyətinin bölgələrə paylanmasıdır. Bir sıra nazirlik, komitə və ali təhsil müəssisələrinin regionlarda yerləşməsi və orada fəaliyyət göstərməsi həm əhalinin işlə təminatı, həm mənzil məsələləri, həm də ümumilikdə bölgələrin inkişafı baxımından vacibdir”.

Deputat həmçinin vurğulayıb ki, hazırda Prezidentin sərəncamı ilə bəzi regional idarələr Xankəndidə yerləşdirilib:

“Yəqin ki, yaxın gələcəkdə digər idarələrin də köçürülməsi nəzərdə tutulur. Lakin bu məsələdə mərkəzləşmədən daha çox idarələrin bölgələr üzrə balanslı şəkildə yerləşdirilməsi məqsədəuyğundur.

Məsələn, Ağdam rayonunun inkişafı sürətlə davam edir. Ağdam Sənaye Parkı yaradılıb, şəhərdə genişmiqyaslı abadlıq və quruculuq işləri aparılır. Artıq Xıdırlı və Sarıcalı kəndlərinə köç başlayıb. Güman ki, yaxın illərdə Ağdam şəhərinə də kütləvi köç olacaq. Bu baxımdan Ağdamda da müəyyən idarə və nazirliklərin, komitələrin filiallarının açılması məqsədəuyğun olar”, - deyə E.Məmmədov bildirib.
 

Füzuli rayonunun deputatı Vüqar Bayramov isə qeyd edib ki, Qarabağda yenidənqurma və bərpa işləri davam etdikcə və genişləndikcə, bu proseslər idarəetmə sahəsində də yeni yanaşmaların tətbiq olunmasını zəruri edir:

“Xüsusilə nəzərə alsaq ki, Xankəndi infrastruktur baxımından böyük potensiala malikdir, bu istiqamətdə atılan addımlar olduqca əhəmiyyətlidir. Artıq şəhərdə universitetin fəaliyyətə başlaması, investisiyaların cəlb olunması və digər sosial-iqtisadi layihələrin həyata keçirilməsi Xankəndinin regional inkişafda əsas mərkəzə çevrilməsinə səbəb olur.

Bu kontekstdə, yalnız Xankəndinin deyil, Qarabağ iqtisadi rayonunun digər ərazilərinin də bərpa və inkişaf prosesi çərçivəsində canlandırılması istisna deyil. Xankəndidə məskunlaşan və işləyənlərin sayında artım müşahidə olunur, orada dövlət qurumları fəaliyyət göstərməyə başlayıb. Bu da onu göstərir ki, şəhərin mövcud potensialından daha effektiv istifadə etmək mümkündür”.

V.Bayramov onu da əlavə edib ki, bütün bunlar Xankəndidə daha çox idarəetmə strukturlarının formalaşmasına, xidmət sahələrinin genişləndirilməsinə və nəticə etibarilə daha çevik və funksional idarəetmə mexanizmlərinin tətbiqinə gətirib çıxara bilər:

“Beləliklə, yenidən qurulan və inkişaf edən Qarabağda idarəetmə ilə bağlı yeni yanaşmaların və mexanizmlərin tətbiqi artıq gündəmdədir və bu, bölgənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Avqust 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri