Icma.az
close
up
RU
Deputatlardan, nazirlərdan çox zənglər aldım Abel Məhərrəmov

Deputatlardan, nazirlərdan çox zənglər aldım Abel Məhərrəmov

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

Bu gün Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin III və IV çağırış deputatı olmuş akademik Abel Məhərrəmlinin doğum günüdür. Hazırda BDU-nun Üzvi kimya kafedrasının müdiri vəzifəsində çalışan Abel Məhərrəmov Modern.az-a açıqlama verib. 
“Bu gündən imtahan sessiyası başlayıb, univeristetdə idim. İndi gedirəm ailəmlə birlikdə ad günümü qeyd etməyə. 70 yaşdan sonra doğum günləri ancaq ailə ilə qeyd edilir. Mən düşünürəm ki, 70-dən sonra bütün yaşlar yubileydir. Daha orta yaş həddi 70-dən aşağıdır. Ona görə də, həri ilin qədri xüsusilə bilinir, hesabat verirsən, düzmü, yoxsa səhvmi yaşamışam, - deyə fikirləşirsən”. 
"Sizin hesabatınızın nəticəsi necədir" sualına cavab verən Abel Məhərrəmov bildirib ki, nəticəyə adam öz-özünə gələ bilmir:
“Hesabatı gərək qarşı tərəfə verəsən. Qarşı tərəfdə də kimsə müsbət, kimsə mənfi qiymətləndirir, kimsə neytral qalır”.

Keçmiş rektor hələ də diqqətdən kənarda qalmadığını deputatların, nazirlərin onu təbrik etdiyini bildirib:
“Köhnə tanışlarımın, həmkarlarımın, dostlarımın, indiki deputatların çoxusu, hətta deyərdim ki, hamısı təbrik etdi. Bəzən zənglər üst-üstə düşürdü, mən özüm cavab verə bilmədiyim üçün onlara sonradan zəng edirdim, danışırdıq. Diqqətdən kənar qalmamışam. Deputatlar, nazirlər, hüquq-mühafizə orqanlarından çox zənglər gəldi, tələbələrim zəng edirdi. Heç nəyi nəzərə almasaq belə, mənim rəhbərliyimlə 90-a yaxın şəxs alimlik dərəcəsinə yiyələnib, elmlər namizədi, elmlər doktoru, professor olub. Onlar da zəng vurub təbrik etdilər. Deyim ki, bu günü ancaq iş şəraitində keçirmişəm, boş vaxtım indi oldu. Ona baxmayaraq telefonlara da cavab verirdim”.

“İşlərimiz də yaxşıdır, elmi uğurlarımıza görə, kafedra həmişəki kimi birinci yerdədir. Xaricdə çoxlu məqalələrimiz çıxıb. 50-dən çox məqaləmiz indeksləşmiş jurnallarda dərc olunub. Hesabat vermişik”, - keçmiş rektor qeyd edib. 

“Doğum günümdə Prezidentimiz cənab İlham Əliyevin başçılığı ilə xalqımıza, millətimizə yeni-yeni uğurlar arzu edirəm. Xalqımız 5000 illik tarixində indiki kimi müstəqil olmayıb. İndi də müstəqil dövlətin vətəndaşı müstəqil şəkildə ad gününü qeyd edir. Ona görə də, mən özümü çox yaxşı hiss edirəm. Çünki yaxşı ölkədə yaşayırıq. Tez-tez xarici ölkələrdə oluram, hesablasaq, 10-15 dəfə Yaponiyada, ABŞ-də çox olmuşam. Amma inandırım sizi ki, Azərbaycanla heç biri müqayisə olunmaz", - o əlavə edib.

Abel Məhərrəmov özü ilə bağlı arzularını da bölüşüb:
“Gələn il imkan olsaydı orta məktəbi bitirdiyim - orta məktəbin bir hissəsini İrəvan şəhərində, bir hissəsini Amasiya rayonunun Güllübulaq kəndində oxumuşam, son illəri isə Güllübulaq kəndində təhsil almışam - yerlərə gedib ad günümü orada qeyd edərdim. Demirəm ki, gedib orada qalım. Arzum budur, gedib torpaqlarımıza, evimizə baş çəkib ad günümü orada qeyd edərdim. Adam yaşlaşdıqca öz torpağına, böyüdüyü el-obasına daha çox bağlanır. Ola bilər cavan vaxtı böyüdüyün yerlər səni o qədər də cəlb etmir. Mənim özümdə də olurdu, cavanlığımda Bakıya daha çox can atırdım. İndi tərsinədir. Qərbi Azərbaycan İcması Amasiya rayon təşkilatının rəhbəriyəm. Tez-tez tədbirlərimiz olur. Son günlərdə Prezidentimizin doğum günün qeyd etdik, İcmanın sədri Əziz müəllim, digər deputatlar iştirak etdi. Amasiya gəncləri, qadınları ayrı-ayrılıqda görüş təşkil etdi. Mən onlarla birlikdə nəfəs alıram. Vətənə xidmətimiz hələ də davam edir. Nə qədər ki yaşayırıq, Prezidentimizə, ölkəmizə, millətimizə xidmət etməliyik. Bizim kimi ziyalılar ancaq bu işlə məşğul olmalıdır, başqa heç nə ilə məşğul olmalı deyil”. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 06 Yanvar 2026 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see429

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see202

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see181

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see169

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see157

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see145

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see130

Biz bütün dövrlərdə dilimizi qorumuşuq Prezident

05 Yanvar 2026 23:40see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri