Icma.az
close
up
RU
Abel Məhərrəmov haqda açıqlama KONKRET

Abel Məhərrəmov haqda açıqlama KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Keçmiş millət vəkili Gülər Əhmədova Bakı Dövlət Universitetinin keçmiş rektoru Abel Məhərrəmovla bağlı “Ramiz Mehdiyevin kölgəsində milyarder olan elm adamı, akademik…” başlıqlı paylaşım edib.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, o bildirib ki, əslən Amasiya rayonundan olan akademik Abel Məhərrəmov “Ramiz müəllim, sizin xidmətinizi böyük qiymətləndiririk. Biz xırda adamlarıq, sizin xidmətinizi xalq da böyük qiymətləndirir. Bu uğurların həyata keçməsinə siz rəhbərlik etmisiniz” deyərək hələ 2020-ci ildə R. Mehdiyevə yaxın olduğunu onun nəvəsinin toy mərasimində təsdiq etmişdi.

“Bəli, Ramizə hələ daha çox tərif yağdırmalıydı. Çünki onun sayəsində 50-yə yaxın mükafata, o cümlədən, 1999-cu il – “Yusif Məmmədəliyev adına medal”ı ilə təltif edilmişdi.

Əhmədova daha sonra A. Məhərrəmovun aldığı mükafatların siyahısını yayıb:

11 fevral 2000-ci il – “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

2000-ci il – Elm və texnologiya sahəsində səmərəli fəaliyyətinə görə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) “Qızıl medal”ına layiq görülmüşdür.

2001-ci il – Türkiyə Respublikasının Qırıqqala Universitetinin Fəxri doktoru adına layiq görülmüşdür.

2002-ci il – “İlin islahatçı rektoru” nominasiyası üzrə qalib olmuşdur.

2003-cü il – “İlin rektoru” seçilmişdir.

2004-cü il – “Azərbaycanın tanınmış alimləri” beynəlxalq müsabiqəsinin qalibi olmuş, “XXI əsrin tanınmış alimi” beynəlxalq diplomu ilə təltif olunmuşdur.

2004-cü il – Rumıniyanın Komandor dərəcəli ali “Qızıl ulduz” ordeni ilə təltif olunmuşdur.

2005-ci il – İngiltərənin Kembric Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən “Dünyanın aparıcı təhsil xadimi” seçilmişdir.

2007-ci il – Azərbaycan elminin təbliği və inkişafındakı xidmətlərinə görə “Qızıl buta” mükafatına layiq görülmüşdür.

2007-ci il – “Azərbaycan Həmkarlar İttifaqında xidmətlərinə görə” medalı ilə təltif olunmuşdur.

2008-ci il – Rumıniya Respublikasının Ovidius Universitetinin Fəxri doktoru adına layiq görülmüşdür.

2008-ci il – “Azərbaycan Ədliyyəsinin 90 illiyi” xatirə medalı ilə təltif olunmuşdur.

2009-cu il – “Rusiyanın Həmkarlar İttifaqının 100 illiyi”nə həsr olunmuş yubiley medalı ilə təltif olunmuşdur.

30 oktyabr 2009-cu il – “Şöhrət” ordeni ilə təltif olunmuşdur.[6]

2009-cu il – “Azərbaycan Respublikasının Diplomatik Xidmət orqanlarının 90 illiyi” yubiley medalı ilə təltif olunmuşdur.

2010-cu il – “Avrasiyada əməkdaşlığın daha da möhkəmləndirilməsinə verdiyi töhfələrə görə” Avrasiya Universitetlər Assosiasiyasının medalı ilə təltif edilmişdir.

2010-cu il – Qazaxıstan Respublikasının L. N. Qumilyov adına Avrasiya Milli Universitetinin Fəxri doktoru adı verilmişdir.

2010-cu il – Krım Mühəndis Pedaqoji Universitetinin Fəxri professoru seçilmişdir.

2010-cu il – Amerika Bioqrafiya İnstitutu tərəfindən “Qızıl medal”la təltif edilmişdir.

2010-cu il – “ECO-2010” Gənclər Koalisiyasının “Ekologiyanın Dostu” milli mükafatı verilmişdir.

2010-cu il – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Fəxri fərmanı ilə təltif edilmişdir.

2011-ci il – Birləşmiş Millətlərin İctimai Təltiflər üzrə Şurasının Beynəlxalq Mükafat Birliyinin “Şərəf və Vicdan” Avropa ordeni ilə təltif olunmuşdur.

2011-ci il – Rumıniyanın Təhsil, Araşdırma, Gənclər və İdman Nazirliyi tərəfindən Ovidius Universitetinin 50 illik yubileyinə həsr edilmiş diplomla təltif edilmişdir.

2011-ci il – Qazaxıstan Respublikasının L. N. Qumilyov adına Avrasiya Milli Universiteti tərəfindən “Avrasiyanın fəxri” medalı ilə təltif edilmişdir.

2011-ci il – Avrasiya Universitetlər Assosiasiyasının Fəxri fərmanı ilə təltif olunmuşdur.

2011-ci il – Qanunvericilikdə turizmin inkişafına verdiyi dəstəyə görə “Turizmə dəstək” Gənclər Koalisiyası tərəfindən “Turizm-2011” mükafatı ilə təltif edilmişdir.

2012-ci il – İslam Ölkələri Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) tərəfindən “Elm və Texnologiya sahəsində 2012-ci ilin ISESCO mükafatı”na layiq görülmüşdür.

2012-ci il – Çin XR Mərkəzi Millətlər Universitetinin Azsaylı millətlərin dili və ədəbiyyatı İnstitunun Fəxri professoru seçilmişdir.

2012-ci il – Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının diplomu ilə təltif edilmişdir.

2012-ci il – Yaponiyanın Xarici İşlər Nazirliyinin Fəxri fərmanı ilə təltif edilmişdir.

2013-cü il – Avropa elmi-sənaye palatasının “Qızıl medal”ı və diplomu ilə təltif edilmişdir.

2013-cü il – “Azərbaycan Həmkarlar Konfederasiyasının 20 illiyi” yubiley medalı ilə təltif edilmişdir.

2013-cü il – Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə “Zəfər” yüksək idman nailiyyətləri mükafatı ilə təltif olunmuşdur.

2014-cü il – Albaniya Respublikasının Tirana Texniki Universitetinin Fəxri doktoru adı verilmişdir.

2015-ci il – M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Fəxri professoru adı verilmişdir.

2015-ci il – Rusiya Federasiyası İstintaq Komitəsinin “Dəstəyə görə” medalı və “Böyük Vətən müharibəsində qələbənin 70 illiyi”nə həsr olunmuş xatirə medalı verilmişdir.

2015-ci il – “Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin inkişafındakı xidmətlərinə görə” diplomu, “Qızıl medal”ı və Beynəlxalq Dostluq Klubunun Fəxri üzvü diplomu verilmişdir.

2015-ci il – Qazaxıstan Respublikasının İdman və Mədəniyyət Nazirliyinin “Qazax xanlığının 550 illik yubileyi”nə həsr olunmuş diplomu ilə təltif olunmuşdur.

2016-cı il — “Qara Dəniz Hövzəsi Universitetləri Assosiasiyasının inkişafındakı müstəsna xidmətlərinə görə” qızıl medal ilə təltif olunmuşdur.

2017-ci il — “Azərbaycan elminin inkişafındakı böyük roluna, elm və təhsilin inkişafında müstəsna xidmətlərinə görə” Beynəlxalq “Mahmud Kaşqari” mukafatına və medalına layiq görülmüşdür.

2017-ci il — “Türk dövlətlərinin elmi əməkdaşlığının inkişafında səmərəli xidmətlərinə görə” Ümumdünya Türk Xalqları Assambleyasının qərarı ilə “Qızıl medal”a layiq görülmüşdür.

2017-ci il – Azərbaycan elminin və təhsilinin inkişafındakı xidmətlərinə görə “Aşıq Şəmşir” İctimai Birliyi tərəfindən Dədə Şəmşir diplomu ilə təltif olunmuşdu. layiq görülmüş, 19 il BDU-nun rektoru olmuşdu.

Əhmədova qeyd edib ki, təbii ki, bu müddət də nəinki övladları bütün nəsli və kökü bu fürsətdən kifayət qədər yararlanmışdı:

“Arada yanan kasıb ailələrin tələbə balaları olub. Yadınıza gələr, 2014-cü ildə IV kurs tələbəsi Ramilə Kiçiyeva imtahan verdiyini, lakin kəsildiyini, bunun əvəzində ondan 70 manat məbləğində rüşvət istənildiyini deyib və buna görə də Abel Məhərrəmovun onu məhkəməyə verdiyi xəbərləri mediada manşet oldu. Amma rüşvətin var olduğunu tək Ramizə demirdi, bütün Azərbaycan bilirdi.

İndi sabah A. Məhərrəmov da Misir Mərdanov kimi çıxıb desə ki, Ramiz Mehdiyev bizə qarşı əzazillik edib, İnanmayın!

Çünki Abelin arxasında Ramiz durmasaydı bu qədər sərvət toplaya bilməzdi.

Əhmədova A. Məhərrəmovun varidatının siyahısını da paylaşımına əlavə edib: “El Faro Hotel Nabran” ailəvi istirahət mərkəzi – 200 hektar ərazidə 61 milyon manat dəyərində ölçülən istirahət mərkəzi. Qızı İzabellanın adına qeydiyyatdan keçib. “Mono Liza” – Bakıda ən bahalı və məşhur şadlıq sarayıdır. Dəyəri 12 milyon manat civarında ölçülür. (Ünvan: Bakı, Nərimanov, Yusif Vəzir Çəmənzəminli,1596). “İzabella” şadlıq sarayı, Bakıda “Elmlər Akademiyası” metrostansiyası yaxınlığında, dəyəri 23 milyon manat civarında ölçülür. Bakıda 11 müxtəlif ərazidə SPA idman salonlarından əldə olunan gəlirlər. Hər birinin dəyəri 4, yaxud 7 milyon manat civarında ölçülür. “Sahil” ticarət mərkəzində ən bahalı “Ramsey” mağaza (İtaliya-Türkiyə istehsalı olan brendlər olan kişi kostyumları mağazaları şəbəkəsi)

Abel Məhərrəmovun şəxsi avtomobil qarajında dünyanın ən müasir son model avtomobillərinin siyahısı:

“Lamborgini” “Bentli” “Porsşe Cayenne” “Land Rover” “Mersedes AMG” (son model, zirehli, dəyəri 1 milyon 800 min manat avro dəyərində ölçülür) “Audi Q7” “Audi Q8” (Son model, qiyməti 450 min avro) “Mersedes Gelandevagen” (qiyməti 250 min avro) BMV X6 (son model – qiyməti 200 min avro) BMV -760” (qiyməti 400 min avro)

Abel Məhərrəmova məxsus olduğu iddia olunan mülklərin siyahısı:

Binəqədidə “Vorovski” deyilən ərazidə 2 villa; Quba rayonunda 1 villa; Xızı rayonunda 1 villa; Nabranda 1 villa; Şüvəlan qəsəbəsində 1 villa; Mərdəkan qəsəbəsində 1 villa; AMEA yaxınlığında yerləşən milyonçular məhəlləsində 1 villa; Şərifzadə küçəsində yerləşən ev. Qızı Nərminə Sadıqovaya məxsus “Qlobus” uşaq bağçası. 8-ci mikrorayonda daha bir restoranı N.Nərimanov heykəlinin yanında dəyəri 1 milyon manatdan yüksək olan mənzil.

“Hələ də düşünürəm ki, bu adamlarda hansı xüsusiyyət vardı ki, Ramiz Mehdiyev onları düz 30 ildir qoruyub?” – deyə G. Əhmədova fikrini yekunlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://konkret.az
archiveBu xəbər 22 Oktyabr 2025 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see296

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see238

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see211

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see197

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see193

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see184

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see181

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see178

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see176

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see174

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see154

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see151

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see149

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see138

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see135

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see135

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see129

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see127

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see125

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri