Icma.az
close
up
RU
Deputatlardan Parisə çağırış: Reallıqları qəbul edin!

Deputatlardan Parisə çağırış: Reallıqları qəbul edin!

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanla Fransa arasında son illərdə ciddi gərginlik yaşayan münasibətlərdə son vaxtlar müəyyən yumşalma siqnalları müşahidə olunur. Fransa Prezidenti Emmanuel Makronun Avropa və Türkiyə üzrə müşavirinin Bakıya səfəri, Prezidentin köməkçisi Hikmət Hacıyevlə keçirilən görüş və tərəflərin ikitərəfli münasibətlər, eləcə də regional məsələlər ətrafında apardıqları müzakirələr Parislə Bakı arasında siyasi dialoqun yenidən canlandırılması ilə bağlı gözləntiləri artırıb.

Fransanın Azərbaycandakı səfiri Sofi Laqut da Modern.az-a eksklüziv müsahibəsində münasibətlərin inkişafı ilə bağlı nikbin olduqlarını bildirərək, danışıqların çox müsbət keçdiyini və bu istiqamətdə perspektiv gördüklərini söyləyib.

Milli Məclisin fəaliyyətini dondurmuş Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov Modern.az-a açıqlamasında Fransa Milli Assambleyasında dostluq qrupunun fəaliyyətini dayandırmasından sonra Azərbaycan tərəfi də qarşılıqlı addım ataraq öz fəaliyyətini dondurduğunu xatırladıb:

"VII çağırış Milli Məclisə seçkilərdən sonra parlamentlərarası işçi qrupu hələ formalaşdırılmayıb. Bununla belə, Azərbaycan tərəfi parlamentlər səviyyəsində münasibətlərin inkişafında maraqlı olduğunu dəfələrlə bəyan edib.

Son dövrlərdə Fransa Milli Assambleyasında Azərbaycana qarşı səsləndirilən fikirlər, xarici işlər nazirinin çıxışları, müzakirəyə çıxarılan məsələlər və irəli sürülən əsassız iddialar hazırkı mərhələdə parlamentlərarası münasibətlərin bərpası üçün müsbət perspektiv yaratmır. Həm Fransa Milli Assambleyası, həm də Senat Azərbaycanın regionda sülhə və təhlükəsizliyə xidmət edən xarici siyasətinin mahiyyətini, məqsədlərini və reallıqlarını düzgün dəyərləndirərək bu istiqamətdə obyektiv mövqe nümayiş etdirdiyi təqdirdə münasibətlərə yenidən baxılması mümkündür".

S.Məmmədov qeyd edib ki, hazırda Fransa Milli Assambleyasında və Senatda səsləndirilən fikirlər, eləcə də qəbul edilən qətnamələr göstərir ki, bu qurumlar regiondakı reallıqları düzgün qiymətləndirə bilmirlər:

"Həmin yanaşmalar reallıqdan uzaq olmaqla yanaşı, Azərbaycan və Ermənistan arasında sülh prosesinə də maneə yaradır. Ermənistan tərəfi də rəsmi şəkildə Fransa qanunvericilik orqanlarında səsləndirilən bəzi iddialara etiraz edib və bu yanaşmaları dəstəkləmədiyini göstərib. Onun qənaətincə, bu, Fransanın birtərəfli və sülh prosesinə xidmət etməyən siyasətini davam etdirdiyini nümayiş etdirir".

Milli Məclisin deputatı Razi Nurullayev isə bildirib ki, Fransada bəzi qurumlar və şəxslər Azərbaycanla münasibətlərə xələl gətirə biləcək açıqlamalar verir və addımlar atırlar:

"Buna baxmayaraq o, iki ölkə arasında münasibətlərin yaxşılaşmasının vacib olduğunu və Azərbaycanın da bunda maraqlı olduğunu deyib. Azərbaycan və Fransa prezidentləri arasında keçirilən təmaslar müsbət atmosferdə keçib və bu, münasibətlərin normallaşacağına ümid yaradır. Bu istiqamətdə ilk növbədə Fransa tərəfindən etimadı gücləndirəcək addımlar atılmalıdır".

R.Nurullayev hesab edir ki, Azərbaycan-Fransa münasibətləri tədricən normallaşmağa doğru gedir və bu proses nəticəsində hər iki ölkədə parlamentlərarası dostluq qrupları fəaliyyətini bərpa etməlidir:

"Artıq iki ölkə arasında ciddi narahatlıq yaradacaq əsas məsələlər qalmayıb. Bəzi fransız siyasətçilərinin Ermənistan məsələsində nümayiş etdirdiyi mövqeni anlamaq çətindir. R.Nurullayev qeyd edib ki, Azərbaycan və Ermənistan sülh sazişinin imzalanmasına yaxındır, münaqişənin başa çatdığını Ermənistan tərəfi də qəbul edir. Bu baxımdan, Fransadakı bəzi siyasi dairələrin hələ də fərqli mövqe sərgiləməsi anlaşılan deyil.

Ümid edirəm ki, sağlam düşüncə üstün gələcək, Azərbaycan və Fransa dostluq və əməkdaşlıq münasibətlərini inkişaf etdirəcək, mövcud fikir ayrılıqları isə dialoq yolu ilə aradan qaldırılacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 İyul 2026 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see321

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see321

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see319

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see259

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see253

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see252

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see249

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see245

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see245

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see232

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see212

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see207

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see207

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see205

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see204

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see202

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri