Icma.az
close
up
RU
Deputatlarımız Şimali Kiprdə rəsmi görüşlərdə iştirak edir FOTOLAR

Deputatlarımız Şimali Kiprdə rəsmi görüşlərdə iştirak edir FOTOLAR

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Azərbaycan-Türkiyə, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) və Türkiyə-ŞKTC parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və üzvlərinin Şimali Kipr Türk Cümhuriyyətinin Lefkoşa şəhərində növbəti birgə iclası keçirilir.

"Unikal" xəbər verir ki, iclasda Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, ŞKTC ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvləri deputat Ağalar Vəliyev və  Əziz Ələkbərov  iştirak edirlər.

Səfər çərçivəsində Milli Məclisin deputatları bir sıra rəsmi görüşlərdə iştirak edirlər. Görüşlərdə iştirak edən Milli Məclisin deputatları Ağalar Vəliyev və Cavanşir Feyziyev Azərbaycan-Türkiyə, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarsı əlaqələr və əməkdaşlıqdan danışdılar. Deputatlar çıxışlarında “Üç dövlət, bir millət” prinsipi ilə aparılan əməkdaşlığın Türk Dövlətələrinin birliyinin daha da inkişafına səbəb olacağı vurğuladılar. Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov çıxışında bildirdi ki, “Şimali Kipr Türk Cumhuriyyəti beynəlxalq səviyyədə tanınmasının başlanğıcındadır. Belə ki, Şimali Kipr Türk Cumhuriyyəti İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatının müşahidəçi üzvü, Avropa Şurası Parlament Assambleyasının isə tam hüquqlu üzvlərindən biridir. Türk Dövlətləri Təşkilatı yanında da Şimali Kipr Türk Cümhuriyyəti müşahidəçi statusundadır. Bu böyük diplomatik uğurlarda Türkiyə dövlətinin, xüsusilə Cumhurbaşqanı sayın Rəcəb Tayyib Ərdoğanın xidmətləri əvəzsizdir. Bütün bunlar Türk Dünyasının möhkəmlənməsinə və Şimali Kipr Türk Cumhuriyyətinin azadlığına töhfədir.

Türk dünyasının birliyini yalnız ortaq etnik və mədəni kimlik deyil, həm də güclənən siyasi iradə və iqtisadi maraqlar birləşdirir. Azərbaycan, öz növbəsində, həm tarixi, həm coğrafi, həm də siyasi mövqeyi baxımından bu birliyin mərkəzlərindən biri kimi çıxış edir. Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti hörmətli Ersin Tatar müxtəlif səviyyəli tədbirlərlə bağlı Azərbaycana səfərlər etmiş, prezident cənab İlham Əliyevlə görüşmüşdür. Elə bu görüşlərdən biri oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə baş tutmuşdur. İki lider arasındakı görüşlərdə Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrinin genişləndirilməsi və xalqlarımız arasında humanitar, mədəniyyət, təhsil, idman sahələrində əməkdaşlığın inkişaf etdirilməsi əsas müzakirə predmeti olmuşdur.

Cənab Prezident İlham Əliyev Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verir. O cümlədən, Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr ən yüksək səviyyədə qurulmuşdur. Bu münasibətlər Türk birliyinin hərtərəfli inkişafına xidmət edir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://unikal.az
archiveBu xəbər 14 Oktyabr 2025 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see198

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see197

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see195

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see193

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see185

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see173

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see165

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see162

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see157

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see149

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see148

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see140

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see140

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see138

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see133

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri