Icma.az
close
up
RU
Deputatlarımız Şimali Kiprdə rəsmi görüşlərdə FOTO

Deputatlarımız Şimali Kiprdə rəsmi görüşlərdə FOTO

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Ziya Öztürklerin dəvəti əsasında Şimali Kipr Türk Cümhuriyyətinin Lefkoşa şəhərinə səfər çərçivəsində Azərbaycan–Türkiyə Parlamentlərarası İşçi Qrupunun rəhbəri, Milli Məclisin komitə sədri, akademik Əhliman Əmiraslanovun rəhbərliyi ilə İşçi Qrupunun üzvləri, millət vəkilləri Ağalar Vəliyev və Heydər Əsədov Sülh Hərəkatının 52-ci ildönümü münasibətilə Sülh və Azadlıq Bayramına həsr olunmuş tədbirlərdə və bir sıra görüşlərdə iştirak ediblər. Səfər çərçivəsində Nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürmanla, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin Sədri Ziya Öztürkləri və Şimali Kipr Türk Cümhuriyyətinin Baş Naziri Ünal Üstellə görüşüblər.

Görüşlər zamanı Əhliman Əmiraslanov Şimali Kipr Türk Cümhuriyyətinin dövlət bayramı münasibətilə səmimi təbriklərini çatdıraraq bildirib ki, Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında bu gün mövcud olan səmimi münasibətlərin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. O vurğulayıb ki, Heydər Əliyev hər zaman Şimali Kipr Türk Cümhuriyyətinə xüsusi diqqət və rəğbət göstərib. Əhliman Əmiraslanov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı həyata keçirdiyi siyasət də məhz Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji xəttə əsaslanır və bu münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edir.

Əhliman Əmiraslanov son illərdə Azərbaycan Respublikası Milli Məclisi ilə Şimali Kipr Türk Cümhuriyyəti Məclisi arasında əməkdaşlığın əhəmiyyətli dərəcədə inkişaf etdiyini məmnunluqla qeyd edib. O bildirib ki, Türk dünyası çərçivəsində parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsi gələcəkdə hər iki tərəf üçün mühüm və perspektivli nəticələr verəcək.

O, eyni zamanda Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın bayram münasibətilə səmimi təbriklərini və salamlarını Şimali Kipr Türk Cümhuriyyəti ali rəhbərliyinə rəhbərliyinə çatdırıb. Görüşlərdə qarşılıqlı məmnunluq ifadə olunub, fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.  Xüsusilə, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürman görüşdən məmnunluğunu ifadə edərək Azərbaycan Prezidenti İlham Əliyevə səmimi salamlarını və təşəkkürlərini çatdırmağı xahiş edib. O bildirib ki, Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf etdirilməsi, siyasi, iqtisadi, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi hər iki xalqın maraqlarına xidmət edir. Prezident Tufan Erhürman Azərbaycan dövlətinin və xalqının Şimali Kipr Türk xalqına göstərdiyi diqqət və dəstəyi yüksək qiymətləndirdiyini bildirib.

Qeyd edək ki, Şimali Kiprdə bayram tədbirləri münasibətilə səfərdə olan Azərbaycan-Türkiyə Parlamentlərarası İşçi Qrupunun nümayəndə heyəti bu gün də Şimali Kipr Türk Cümhuriyyətində keçiriləcək rəsmi bayram tədbirlərində iştirak edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 İyul 2026 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri