Icma.az
close
up
RU
Deputatların Azərbaycan dili biliyi YOXLANILSIN AÇIQLAMA

Deputatların Azərbaycan dili biliyi YOXLANILSIN AÇIQLAMA

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Respublikasının dilinin qorunması, inkişafı və cəmiyyətin bütün sahələrində düzgün və səlis istifadəsinin təmin olunması milli prioritetlərdən biridir. Bu məqsədlə dövlət tərəfindən həyata keçirilən ümumi dil sertifikasiyası – Azərbaycan dili biliyinin standartlara uyğun qiymətləndirilməsi sistemidir. Sertifikasiya prosesi rəsmi sənədləşdirilmiş meyarlarla və müvafiq testlər əsasında aparılır, iştirakçının dili həm şifahi, həm də yazılı ünsiyyətdə nə dərəcədə effektiv istifadə etdiyi müəyyənləşdirilir.

Son dövrlərdə bu prosesə dil daşıyıcıları olan müəllim, jurnalist və deputatların qoşulması müzakirə olunan mövzulardandır. 

Sabiq deputat Etibar Əliyev Modern.az-a bildirib ki, bir çox ölkələrdə dil biliklərinin yoxlanılması praktikada özünü göstərir və Azərbaycanda da bu praktikadan istifadə olunmalıdır. O, deputatların dil biliklərinin yoxlanılmasinin vacibliyini vurğulayıb.

"Azərbaycan dilinin mükəmməl bilmək deputatlar üçün çox vacibdir. İlk baxışdan belə görünür ki, onlar Azərbaycan dilini yaxşı bilirlər, amma bu dilin dərinliklərini bilmək və onu qanunvericilik, digər sahələrdə tətbiq edə bilmək əsas məsələdir. Qanunlara baxdıqda görərik ki, burada çox sayda dil qüsurları olur. Bir neçə dəfə bu məsələni deputatlara da irad tutmuşuq. Məsələn, qanunlarda bir sözün dəfələrlə təkrar olunduğu görürük ki, bu da cümlədəki əlaqələri itirir, qanunları başa düşməyəcəyimiz səviyyəyə gətirib çıxarır. Bu mənada deputatların Azərbaycan dilini bilməsi həddindən artıq zəruridir". 

"Heç bir dilin mükəmməl olduğunu demirlər. Amerika Təhsil Komitəsi təsdqiləyir ki, əksəriyyət insanların işgüzar korrespondensiyası zamanı 1500-dən artıq söz işlədilmir. Britaniyalılar isə daha da irəli gedərək “ingilis dilinin baza sözlüyü"nü yaratdılar. Leksikondan lazım olmayan sözləri çıxarıb 800-ə çatdırdılar. Söz artıq estetik dəyər daşıyıcısı deyil və onun əsas təyinatı informasiya verməkdir. Yəni uzun-uzun, təkrar danışmaq deyil, əsas məsələni danışmaq lazımdır" - deyə E.Əliyev bildirib. 

Onun sözlərinə görə terminlərin əksəriyyəti xarici lüğətlərdən götürülüb və bu anlayışların dilimizdə düzgün tətbiqi üçün deputatlar Azərbaycan dilini çox yaxşı bilməlidirlər:

"Bizdə sanki yazılmamış qanun var – deputat neçə dil bilir? Düşünürlər ki, deputat alman, ingilis dilini bilirsə, o çox savadlıdır, amma deputat ilk növbədə öz dilini yaxşı bilməlidir. Deputatlar vətəndaşlarla görüş təşkil edir, parlamentdə çıxış edirlər. Bu baxımdan dilin zənginliyinin elementlərini daşımaq onlar üçün vacib məsələdir". 

Milli Məclis üzvlərinin mütaliəsinin zəif olduğunu dilə gətirən E.Əliyev onu da qeyd edib ki, birmənalı olaraq deputat statusunda olan adamlar daim mütaliə etməlidirlər. Xarici dildə ədəbiyyat oxusalar belə, Azərbaycan dilində qanunla bağlı yazı yaza bilməlidirlər:

"Deputat dövlətçilik naminə yaxı maarifçi olmaq istəyirsə, onun ana dili haqqında sertifikasiyası olmalıdır və bu sistemdə görünməlidir. Mən hesab edirəm ki, iki dil bilmək hər bir şəxsin uğurudur. Amma Azərbaycan parlamentində oturub bu dili bilməmək ölkə adına uğursuzluqdur.

Mən bir çağırış deputat olmuşam və müşahidələrim onu deməyə əsas verir ki, Milli Məclis üzvlərinin mütaliəsi məni qane etmir. Onların parlamentdə və tədbirlərdəki çıxışlarda, yazdıqları məqalələrdə də mütaliələrinin genişliyi hiss olunmur". 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 03 May 2025 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see361

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see348

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see339

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see332

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see322

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see311

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see297

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see269

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see254

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see246

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see234

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see230

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see214

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see213

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see206

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see204

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see199

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see184

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see182

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri