Derbiyə doğru: “Forza Neftçi” və “İmarət” həyəcanlıdır
Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün Misli Premyer Liqasında Azərbaycan derbisi keçiriləcək.
Lider “Neftçi” “Qarabağ”ın qonağı olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 19:00-da start veriləcək.
Hər iki komandanın aktivində 16 xal var. Vurulan qol nisbətində üstün olan “Neftçi” birinci pillədə qərarlaşıb. “Qarabağ” isə üçüncü sıradadır.
Matça böyük azarkeş marağı var. Son illərin ən prinsipial derbilərindən olan görüşə komandaların fan-klubları da böyük həyəcanla hazırlaşır.
Derbi öncəsi həm “Forza Neftçi”, həm də “İmarət Tayfa” üzvləri ilə danışdıq:
“İmarət Tayfa” nümayəndəsi:
“10 ildən çoxdur ki, “Qarabağ”ı dəstəkləyirəm. Hər zaman komandanın yanındayıq. Düşünürəm ki, son beş ilin ən güclü “Neftçi”si ilə qarşılaşacağıq. Lakin bunlar bizi qorxutmur. Həm komandaya, həm də Qurban Qurbanova inamımız sonsuzdur.
Başa düşürük, yeni heyət qurulub və adaptasiya mərhələsidir. Komanda bütün diqqətini çempionata verib. “Neftçi”yə qarşı hücum futbolu oynayacağımızı düşünürəm. Həyəcanlı mübarizə olacaq. Hesabdan asılı olmayaraq, azarkeşlərimizi komandamıza dəstək olmağa səsləyirəm. Proqnozum isə “Qarabağ”ın 3:2 hesablı qələbəsidir”.
“Forza Neftçi” nümayəndəsi:
“Rəsmi olaraq səfər komandası statusunda çıxış etsək də, tarixi meydanımızda keçiriləcək bu qarşılaşmada qələbəyə inanırıq. Qrup olaraq hər zaman olduğu kimi, yenə də komandamızın yanında olacaq, 90 dəqiqə boyunca dəstəyimizi və tribunadakı gücümüzü hiss etdirəcəyik.
“Qarabağ” – “Neftçi” qarşılaşmaları komandaların turnir cədvəlindəki mövqeyindən asılı olmayaraq, hər zaman yüksək prinsipiallığı və gərgin mübarizəsi ilə seçilib. Hazırda komandaların eyni xala malik olması isə bu derbinin əhəmiyyətini daha da artırır.
Gözləntimiz futbolçularımızın meydanda sonadək mübarizə aparması və azarkeşlərə qələbə sevinci yaşatmasıdır. Amma oyunun gedişatından və nəticəsindən asılı olmayaraq, “Forza Neftçi” tribunada öz sözünü deyəcək, əzmini və gücünü bir daha göstərəcək.
Vernidubun gəlişindən sonra komandaya inam artıb, daha da iddalı Neftçi görürük. Lakin rəqibin zəifləməsi ilə razı deyiləm, hələki bunu iddia etmək düzgün deyil. Proqnozumuz və inamımız “Neftçi”nin qələbəsidir”.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 17 Oktyabr 2026 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















