Icma.az
close
up
RU
“Neftçi”nin belə düşüncəli adamlarla nə vaxtsa çempion olacağına inanmıram” “İmarət” “Forza Neftçi”yə cavab verdi

“Neftçi”nin belə düşüncəli adamlarla nə vaxtsa çempion olacağına inanmıram” “İmarət” “Forza Neftçi”yə cavab verdi

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Misli premyer-liqasının 21-ci turunun “Neftçi” - “Qarabağ” oyununun təxirə salınması ehtimalı böyük idi. Axı ağdamlılar fevralın 18-də “Nyukasl”ı qəbul etməli, 21-də “Neftçi” ilə qarşılaşmalı və 24-də İngiltərə klubu ilə səfər oyununa çıxmalıdı. Amma belə məlum olur ki, təxirəsalınma alınmayacaq. Daha doğrusu, “Qarabağ” PFL-ə niyyətini çatdırsa da, “Neftçi”nin etirazını əsas götürən təşkilatçı qurum buna icazə verməyib.

“Neftçi”nin əsas azarkeş qrupu “Forza Neftçi”nin oyunun təxirə salınması ehtimalıyla bağlı açıqlamasını dünən yaymışdıq. İndi növbə “İmarət”indi. Fanklubun rəhbəri Elnur Quliyev “Football-plus.az”a danışdı:

“Neftçi”dən bu dəfə daha yaxşı addım gözləyirdik. Əminəm ki, “Qarabağ” rəhbərliyi belə addım atmazdı. “Neftçi” həmişə çox cılız addımlar atır. 2019-cu ildə - çempionatın sonunda “Neftçi” ilə vacib oyunumuz var idi. Oyunun başlamasına bir neçə saat qalmış “Neftçi” biletin qiymətini 50 manata qaldırdı. O vaxt sağ olsunlar, Rəşad Sadıqov başda olmaqla futbolçular pul yığıb 500-600 bilet almışdı ki, hamı stadiona keçsin. Həmin oyunda qalib gəlmişdik. Növbəti oyun bizim meydanda idi. Uşaqlar təklif etmişdi ki, biletləri 100 manat edək. Amma “Qarabağ” rəhbərliyi dedi ki, yox, özümüzə yaraşan hərəkət edəcəyik. “Nyukal”la oyunda heç-heçə olsa, qələbə olsa, bu birbaşa “Neftçi” rəhbərliyinin xeyrinədi. Amma “Neftçi”nin belə düşüncəli adamlarla nə vaxtsa çempion olacağına inanmıram. Təbii ki, bu “Neftçi”nin seçimidi. Oyunun təxirə salınmasına icazə verə də bilər, verməyə də. Amma hər şey standartlar üzərində qurulmayıb ki. Nəinki “Neftçi”, istəyirəm ki, “Xəzər Lənkəran” qayıtsın, güclü rəqabət olsun. Bu futbolumuzun xeyrinədi. “Neftçi”, “Karvan” kimi komandalar güclü olsaydı, çempionata maraq artardı. “Qarabağ” çempionluğu əvvəldən yox, son tura qədər mübarizə apararaq qazanardı. “Neftçi”nin güclü olmasını istəyirəm. Uğur pul xərcləməklə yox, düşüncə tərzi ilə qazanılır. Bu düşüncə ilə “Neftçi”... Cılız düşünürlər”.

MÜZƏFFƏR QULUZADƏ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 04 Fevral 2026 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see893

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see339

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see324

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see313

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see218

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see198

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see198

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see191

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see190

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see173

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see172

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see171

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see171

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see170

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see165

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see162

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri