Dəri hüceyrələrinin bir biri ilə “danışırmış”
Icma.az, Tribuna portalına istinadən məlumat yayır.
Massaçusets Amherst Universitetinin alimləri epitel hüceyrələrinin bir-biri ilə siqnal mübadiləsi apara biləcəyini aşkar ediblər. Üstəlik, bu cür ünsiyyətin “zonası” hüceyrələrin öz ölçüsündən onlarla dəfə böyükdür.
Tribunainfo.az xəbər verir ki, bu barədə PNAS jurnalında məlumat dərc olunub.
Məlum olub ki, dərini təşkil edən epitel hüceyrələri bir-biri ilə neyronlardan, daha yavaş “ünsiyyət” edə bilir. Təcrübə zamanı alimlər xüsusi çipdə hüceyrə təbəqəsi yetişdirib, ona 60 elektrod qoşub və lazerin köməyi ilə əraziyə “mikrodalğalar” çatdırıblar. Nəticə gözlənilməz oldu: Hüceyrələr zədəyə “cavab verməyə” və ölçüsündən onlarla dəfə çox məsafədə olan digər hüceyrələrə siqnal göndərməyə başlayıblar.
Alimlər izah etdilər ki, neyronlar neyrotransmitterlər vasitəsilə məlumat ötürərkən, dəri hüceyrələri kalsium ionları vasitəsilə əlaqə saxlayır.
Müəlliflər təklif edirlər ki, gələcəkdə bu kəşf həssas biosensorların yaradılması üçün faydalı ola bilər.
Ramin Quliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 01 Aprel 2025 09:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















