Dərin quyu hələ də doldurulmayıb...
Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bir aya yaxındır ki, Bakı şəhərinin Suraxanı rayonu, Yeni Günəşli yaşayış sahəsindəki " D" massivi bina 13- ün həyətində su xəttində baş vermiş qəzanı rayonun Su- Kanal İdarəsi aradan qaldıra bilmir.
Bir müddət içməli su həyətə və zərzəmiyə axıb böyük bir gölməçə yaratdı.Sakinlərin təkidli narazılıqdan və şikayətdən sonra məlum qurumun qəza xidməti həmin yerdə təmir işləri apardı və içməli suyun axmasının qarşısını aldı. Amma orda təmir işlərindən sonra bir metrə yaxın quyunu doldurmadılar! İki-üç gündən bir onlar gəlib orda nəsə iş görür və çıxıb gedirlər.
Dərin quyu isə qalır! Bu çalaya dəfələrlə bir neçə avtomobil düsüb və nəticədə nəqliyyat vasitələrinə ziyan dəyib. Orxan adlı sürücü deyir ki, onun idarə etdiyi avtomobil həmin dərin quyuya düşüb və onun maşınına böyük ziyan dəyib! Hansı ustanın yanına gedir 400-500 manat təmir işlərinə pul istəyirlər. Mən də məcbur olub yolu bərbad günə qoyan Su- Kanal İdarəsini məhkəməyə verəcəyəm! Bu çalaya hər gün ya maşın, ya da kimsə düşür.
Həmin yer məktəbin yanındadır. O günü bir məktəbli uşaq da həmin çalaya düşmüşdü. Valideyni dünyanı dağıdırdı. Deyirdi ki, gedib polisə şikayət edəcəyəm. Amma Su- Kanal İdarəsi rəhbərinin dünya vecinə deyil! Və məsuliyyətdən yaxasını kənara çəkir! Gərək kimsə o dərin çalaya düşüb ölsün ki, orda təmir işlərini başa çatdırsınlar və quyunu doldursunlar. Bu gedişlə çətin ki, məsələ həllini tapsın! Mövzuya yenidən qayıdacağıq!!!
Emil FAİQOĞLU
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 21 Oktyabr 2026 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















