Icma.az
close
up
RU
Dərini yavaş yavaş məhv edən bir qış vərdişi Həkimlər açıqladı

Dərini yavaş yavaş məhv edən bir qış vərdişi Həkimlər açıqladı

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Əgər günəşdən qoruyucu krem sizin kosmetik çantanızda yalnız yay aylarında yer alırsa, bu, dərinizə ciddi ziyan vurur. Həkimlər bildirirlər ki, ultrabənövşəyi şüaların dağıdıcı təsirindən qorunmaq üçün qışda da çölə çıxmazdan əvvəl dərinin açıq sahələrinə mütləq günəşdən qoruyucu vasitə çəkmək lazımdır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Independent" nəşri yazır.

ABŞ-da yerləşən "MD Anderson" Baptist Onkologiya Mərkəzinin cərrah-onkoloqu Konstantinos Çuliaras bildirib ki, ultrabənövşəyi şüalanmanın təsiri havanın temperaturu ilə bağlı deyil və ilboyu mövcuddur. Onun sözlərinə görə, günəşdən qoruyucu kremdən istifadə zəruridir və bu vasitə hətta tutqun günlərdə də tətbiq olunmalıdır, çünki ultrabənövşəyi şüalar yenə də dərimizə çata bilir.

Məqalədə qeyd olunur ki, qış aylarında ultrabənövşəyi şüalanmanın səviyyəsi daha aşağı olsa da, yenə də təhlükəlidir. Üstəlik, günəş şüaları qar və ya buz səthindən əks olunduqda şüalanmanın intensivliyi və dəri zədələnməsi riski arta bilər.

ABŞ Milli Sağlamlıq İnstitutunun "Medline Plus" jurnalının məlumatına görə, buludlar ultrabənövşəyi şüalanmanın səviyyəsini cəmi təxminən 50 faiz azaldır.

Dermatoloq Mona Qohara bildirib ki, əgər açıq havada əlinizi üzünüzün qarşısında görə bilirsinizsə, bu, dərinin zədələnməsi üçün kifayət qədər ultrabənövşəyi şüalanmanın olduğu anlamına gəlir. O əlavə edib ki, qar günəş şüalarının 80 faizə qədərini dəriyə əks etdirə bilər.

Mütəxəssislər günəşdən qoruyucu kremin ilboyu, xüsusilə də günün ən işıqlı saatlarında – səhər 10-dan axşam 16:00-a qədər istifadə olunmasının vacib olduğunu vurğulayırlar. Onların fikrincə, bu vasitə suya davamlı, geniş spektrli olmalı, bütün zərərli ultrabənövşəyi şüalardan qorumalı və SPF göstəricisi 30 və ya daha yüksək olmalıdır.

ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi günəşdən qoruyucu kremin çölə çıxmazdan təxminən 20 dəqiqə əvvəl çəkilməsini və davamlı qorunma üçün hər iki saatdan bir yenilənməsini tövsiyə edir.

Mərkəzi Konnektikut Xəstəxanasının həkimi Krişna Qunturu isə qeyd edib ki, ultrabənövşəyi şüalara məruz qalmaq erkən qocalmanın əsas səbəblərindən biridir. Bu, qırışların, incə xətlərin və yaş ləkələrinin yaranmasına gətirib çıxarır. Onun sözlərinə görə, hətta qışda belə iki saatdan bir günəşdən qoruyucu krem istifadə etmək dərinin gənc və sağlam görünüşünü qorumağa kömək edir.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 Dekabr 2025 23:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri