Icma.az
close
up
RU
Dərinizin vəziyyəti pisləşibsə bağırsaqlarınızı təmizləyin

Dərinizin vəziyyəti pisləşibsə bağırsaqlarınızı təmizləyin

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bir çox daxili xəstəliklər insanın üz dərisinin vəziyyətinə təsir edir. Təcrübəli həkim insanın dərisinə baxıb onun sağlamlığı haqqında bir çox şey deyə bilər.

Belə ki, insanın bağırsaqları pis işləyirsə, onun üz dərisi heç zaman təmiz və sağlam olmayacaq. Bunun səbəblərini izah edək.

1. Bağırsaqlarda orqanizm üçün lazım olan əsas maddələrin sorulması və artıq, ziyanlı maddələrin xaric etməsi prosesləri baş verir. Bağırsaqlar pis işləyirsə, sorulma prosesləri pozulur və orqanizm ona lazım olan maddələri lazımi miqdarda ala bilmir.

Bu zaman orqanizm qənaət rejiminə keçir və vacib maddələri əsas orqanlar arasınında paylayır. Dəri orqanizm üçün əsas orqan deyil və bu səbəbdən dəriyə az miqdarda vitaminlər, minerallar və s. vacib maddələr çatır. Bu isə dərinin vəziyyətinə mənfi təsir edir.

2. Vacib maddələrin çatışmazlığı dərinin müdafiə funksiyasını zəiflədir ki, nəticədə burada yaşayan və adi vəziyyətdə heç bir problemlərə səbəb olmayan mikroblar (dərinin müdafiə sistemi onların çoxalmasına imkan vermir) fəallaşır, çoxalır və iltihablara, civzələrə, irinliklərə  və s. problemlərə səbəb olur.

3. Orqanizmə qidadan, sudan düşən ziyanlı maddələr (toksinlər, allergenlər və s.) bağırsaqdan çölə çıxarılır. Bağırsaqların fəaliyyəti pozulduqda bu ziyanlı maddələr bağırsaqlarda yığılmağa başlayır, orqanizmin xroniki intoksikasiyasına (zəhərlənmə) səbəb olur ki, nəticədə dəridə allergik səpgilər, qızartılar və s. əmələ gəlir.

Belə vəziyyətdə nə etmək lazımdır?

1. Qəbizlikdən əziyyət çəkirsinizsə, bu pozulmanı mütləq aradan qaldırmaq lazımdır. Xroniki qəbizlik  dərinin vəziyyətinə çox mənfi təsir etmir. Xroniki qəbizlik çox ağır pozulmalara, hətta yoğun bağırsağın xərçənginə təkan verə bilər.

2. Daha çox su için. Bəzən qadınlar üzünə bahalı nəmləndirici kremlər çəkir, lakin orqanizmi daxildən "nəmləndirmir". Bu isə bağırsaqların pis işləməsinə, dərinin quruluğuna və s. mənfi nəticələrə səbəb olur.

3. Qidalanmanızda daim süd məhsulları, meyvə-tərəvəz, göyərtilər olmalıdır. Süd məhsulları bağırsaqların mikroflorasına çox müsbət təsir edir. Təzə meyvə-tərəvəz və göyərti isə bağırsaqları işlədir, orada yığılan ziyanlı maddələrdən təmizləyir. Xüsusilə qırmızı və narıncı rəngdə olan meyvə və tərəvəzlər faydalıdır. Onlar pektin maddəsi ilə zəngindir ki, bu maddə bağırsaqlara yumşaq fırça kimi təsir edir.

4. Bağırsaqların əsaslı şəkildə təmizlənməsi üçün sorbent preparatlarından istifadə edə bilərsiniz. Bu preparatları həkim təyin etməlidir.

5. Xalq təbabəti vasitələrindən istifadə edin. Çobanyastığı, nanə  dəmləmələri, zəncəfil çayı bağırsaqlara çox yaxşı təsir edir.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:347
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri