Icma.az
close
up
RU
Dərinsulu Günəşli də çoxquyulu sualtı müdaxilə proqramı başa çatdırılıb

Dərinsulu Günəşli də çoxquyulu sualtı müdaxilə proqramı başa çatdırılıb

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

bp "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağının "Dərinsulu Günəşli" ərazisində çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb. 2025-ci ilin dördüncü rübündə başlanmış bu proqram təhlükəsiz şəkildə və qrafiki qabaqlayaraq tamamlanmış və yeddi quyuda sualtı müdaxilə əməliyyatlarının həyata keçirilməsinə imkan verib.

bp-dən "APA-Economics"ə verilən məlumata görə, sualtı müdaxilə işlərinin icrası üçün bp-nin Xəzərdəki əməliyyatlarında ilk dəfə olaraq quyuya dikborusuz yüngül müdaxilə (QDYM) texnologiyası tətbiq olunmuşdur. "Blue Ocean" dikborusuz müdaxilə sistemi (BORİS) kimi tanınan bu texnologiya Oceaneering International şirkətinin sualtı mexaniki tros vasitəsilə quyuya müdaxilə sistemidir. Bu texnologiya ənənəvi qazma dikborularından istifadə etmədən sualtı quyulara çıxış təmin etməklə yanaşı, proqram boyunca quyulara nəzarət, təzyiqin saxlanılması və bütün sualtı müdaxilə işlərinin həyata keçirilməsini təmin etmişdir.

Quyularda müdaxilə işləri “Xankəndi” sualtı tikinti gəmisindən icra olunmuşdur. Bunun üçün gəminin üzərinə QDYM sistemi inteqrasiya edilmişdir və o, quyuya yüngül müdaxilə gəmisi kimi layihəyə dəstək vermişdir. Bu, Xəzərdə ilk dəfə tətbiq olunan daha bir yenilikdir. Layihənin əsas elementlərindən biri “Xankəndi” gəmisində ilk dəfə olaraq şaxta (moonpool) sisteminin quraşdırılması və istifadəsi olmuşdur. Gəminin mərkəzi hissəsinə yaxın yerləşən bu şaxta, gövdənin ortasından birbaşa dənizə açılan şaquli keçid təmin etməklə sualtı avadanlıqların, məsafədən idarə olunan sualtı aparatların və quyuya müdaxilə alətlərinin birbaşa dəniz dibinə təhlükəsiz şəkildə endirilməsinə imkan verir.

Proqram çərçivəsində ənənəvi üsullarla müdaxilə işlərinin aparılması çətin hesab olunan yeddi sualtı quyuda müdaxilə əməliyyatları uğurla həyata keçirilib. Proqram quyuların daha yaxından izlənməsinə və lay təzyiqinin idarə olunması və hasilat səviyyəsinin gücləndirilməsi imkanlarının aşkarlanmasına imkan yaratmaqla AÇG yatağının bundan sonrakı potensialının üzə çıxarılması səylərinə dəstək verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://apa.az
archiveBu xəbər 28 Sentyabr 2026 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri