“Ofis proqramları” təlimi uğurla başa çatdırılıb
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Naxçıvan Təlim Mərkəzi dövlət qurumlarında çalışan əməkdaşların rəqəmsal bacarıqlarının artırılması istiqamətində həyata keçirdiyi ardıcıl layihələr çərçivəsində daha bir təlim proqramına yekun vurulub. “Ofis proqramları” üzrə peşəkar təlimlər İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində keçirilib.
Təlimi mütəxəssi Qönçə İsmayılova iştirakçılara Microsoft Word, Excel və PowerPoint proqramlarının səmərəli və praktik istifadəsi, hesabatların hazırlanması, təqdimat bacarıqları və sənəd tərtibatı üzrə ətraflı biliklər təqdim edib. Proqramın son günündə isə iştirakçıların biliklərini qiymətləndirmək məqsədilə sertifikasiya imtahanı təşkil olunub, təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar verilib.
Təlim Mərkəzi bundan sonra da dövlət qurumları əməkdaşlarının peşəkar inkişafı, rəqəmsal savadlılığının artırılması və innovativ yanaşmaların təşviqinə yönəlmiş layihələr həyata keçirməyi planlaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 31 Avqust 2025 09:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















