Icma.az
close
up
RU
Dərmanları necə düzgün qəbul etmək lazımdır? 10 VACİB QAYDA

Dərmanları necə düzgün qəbul etmək lazımdır? 10 VACİB QAYDA

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Həkimlərin müşahidələrinə görə, xəstələrin yalnız təxminən 20%-i onlara təyin edildiyi dərmanları düzgün qəbul edir.

Əksər insanlar isə dərmanları "necə gəldi" qəbul edirlər. Nəticədə isə dərmanlar xəstənin vəziyyətinə lazım olan təsir etmir. Xəstələr isə bunda müasir dərmanların "keyfiyyətsiz" olmasını günahlandırır.

Sizə dərmanların qəbulu ilə bağlı olan bəzi sadə qaydaları ilə tanış edirik:

- Əgər hər hansı dərman preparatı sizə gündə 1 dəfə qəbul etmək üçün təyin olunubsa, preparat hər gün eyni vaxtda qəbul olunmalıdır.

- Dərman preparatın qəbulu gündə 1, 2, 3 və s. dəfə təyin oluna bilər. "Gün" dedikdə həkimlər 24 saat nəzərdə tutur. Belə ki, əgər hər hansı dərman gündə 2 dəfə qəbul olunmalıdırsa, bu o deməkdir ki, qəbullar arası 12 saat keçməlidir. Məsələn, dərman səhər saat 8.00-da və axşam saat 20.00-da qəbul oluna bilər.

Bu antibakterial preparatlar ("antibiotik"lər) üçün xüsusilə vacibdir.

- Həkimlər hər hansı dərmanı təyin etdikdə adətən "qida qəbulundan əvvəl", "qida qəbulunda sonra", "qida qəbulu zamanı" kimi qeydlər edir. Bu çox vacibdir. Dərmanlar kimyəvi birləşmələrdir və onlar ətrafda olan mühitlərlə və toxumalarla əlaqələrə girir. Məsələn, asetilsalisil turşusu (aspirin və s.) mədənin selikli qişasını qıcıqlandırır və bu səbəbdən mütləq qida qəbulundan sonra qəbul olunmalıdır. Makrolid qrupuna aid olan antibakterial preparatlar ("antibiotik"lər) mədə şirəsi tərəfindən parçalanır və bu səbəbdən bu preparatlar qida qəbulları arası qəbul olunur.

Saglamolun.az bildirir ki, bəzi dərman preparatları (məsələn, festal, mezim və s.) məhz qida ilə birlikdə qəbul edilməlidir.

Bəzi dərman preparatları "qida qəbulundan asılı olmayaraq" qəbul olunur. Bu qayda bir çox antibiotiklərə, arterial təzyiqi normallaşdıran, ishala qarşı olan və s. preparatlara aiddir.

Diqqət! Əgər həkim qida qəbulu ilə bağlı heç bir xüsusi qeyd etməyibsə, dərmanın təlimatında isə bu haqda heç bir göstəriş yoxdursa, dərmanı qida qəbulundan 30 dəqiqə əvvəl qəbul etmək lazımdır. Yeri gəlmişkən, bu qayda bir çox dərman preparatlarına aiddir.

- Digər göstəriş olmadıqda, dərman sadə su ilə (çay, çirə, kompot, qazlı sular və s. mayelər olmaz!) birlikdə qəbul olunmalıdır.

- Dərman qəbul etdikdə 1-2 qurtum deyil, 1 stəkan su için.

- Kapsul şəklində olan dərmanları çeynəmək və ya dişləmək olmaz. Yalnız xüsusi qişası olmayan adi həbləri xırdalamaq olar ki, bu onların sovrulmasını yaxşılaşdırır. Bəzi dərmanlar çeynənməlidir (məsələn, kalsium preparatı), bəziləri sovrulmalıdır (validol, nitroqliserin, qlisin və s.). Bütün bunlar dərmanların təlimatında qeyd olunur.

- Bəzən xəstəyə bir neçə müxtəlif həblər təyin olunur. Bu halda dərman qəbulların arasında olan fasilə 30 dəqiqə olmalıdır. Əgər buna nail olmaq mümkün deyilsə, mütləq bu haqda həkimlə məsləhətləşin.

- Həkimin reseptinə müstəqil şəkildə əlavələr (vitaminlər, immunopreparatlar və s.) etməyin. Bu əsas dərmanların təsirini azalda bilər və s.

- Bəzən öz vəziyyətində yaxşılaşma hiss edən xəstələr dərmanın qəbulunu özbaşına "ləğv edirlər". Bu böyük səhvdir. Müalicə kursu mütləq sona qədər çatdırılmalıdır. Əks halda tam şəkildə müalicə olunmamış xəstəlik xroniki formaya keçə bilər.

- Dərman preparatları qəbul edən insan (xüsusilə antibiotiklər təyin olunubsa) spirtli içkilərdən tam imtina etməlidir. Əks halda bu qara ciyərin fəaliyyətində olan ciddi pozulmalara səbəb ola bilər.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Oktyabr 2026 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see297

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see292

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see283

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see270

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see263

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see259

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see245

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see234

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see228

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see220

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see209

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see204

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see182

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri