Icma.az
close
up
RU
Dərmanların adlarının xidmətlər zərfinə daxil edilməsi meyarları təsdiqlənib

Dərmanların adlarının xidmətlər zərfinə daxil edilməsi meyarları təsdiqlənib

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

"Dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adlarının (təsiredici maddələrin adlarının) və tibb vasitələrinin xidmətlər zərfinə daxil edilməsi və ya çıxarılması meyarları və Qaydası” təsdiq edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, aşağıdakı meyarlardan hər birinə cavab verən dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adları (təsiredici maddələrin adları) xidmətlər zərfinə daxil edilir:
- rəsmi statistik göstəricilərə əsasən son 5 (beş) il müddətində əhalinin ölüm və (və ya) əlillik faizi yüksək olan və (və ya) sayında davamlı artım müşahidə olunan xəstəliklərin və sağlamlığın pozulması ilə bağlı digər vəziyyətlərin farmakoterapevtik müalicəsində və ya xidmətlər zərfində qeyd edilən tibbi xidmətlərin həyata keçirilməsində istifadə olunması;
- farmakoterapevtik müalicənin dəyərinin rəsmi statistik göstəricilərə əsasən son 5 (beş) il müddətində həmin farmakoterapevtik müalicəyə ehtiyacı olan şəxslərin sayı nəzərə alınmaqla, icbari tibbi sığorta fondunun maliyyə imkanlarına mütənasibliyi;
- farmakoterapevtik müalicənin sübutlu təbabət prinsiplərinə uyğunluğu;
- İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan ölkələrdə sığorta təminatında olması;
- klinik protokollarda mövcudluğu;
- effektiv və təhlükəsiz olması.
Dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adlarının (təsiredici maddələrin adlarının) xidmətlər zərfindən çıxarılması meyarları aşağıdakılardır:
- yeni və səmərəli farmakoterapevtik müalicə üsullarının tətbiqi;
- Azərbaycan Respublikasında tətbiqinin qadağan edilməsi;
- bu sənədlə müəyyən edilən meyarlardan ən azı biri ilə uyğunsuzluğu.
Aşağıdakı meyarlardan hər birinə cavab verən tibb vasitələri xidmətlər zərfinə daxil edilir:
- xidmətlər zərfində qeyd edilən tibbi xidmətlərin həyata keçirilməsində istifadə olunması;
- tibb vasitəsinin sübutlu təbabət prinsiplərinə uyğunluğu;
- tibb vasitəsinin effektiv və təhlükəsiz olması.

Tibb vasitələrinin xidmətlər zərfindən çıxarılması meyarları aşağıdakılardır:
- yeni və səmərəli tibb vasitəsinin tətbiqi;
- tibb vasitəsinin Azərbaycan Respublikasında tətbiqinin qadağan edilməsi;
- tibb vasitəsinin bu sənədlə müəyyən edilən meyarlardan ən azı biri ilə uyğunsuzluğu.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən bu Sənədin 2-ci hissəsində qeyd olunan meyarlara uyğunluğu baxımından dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adları (təsiredici maddələrin adları) və tibb vasitələri 5 (beş) ildə bir dəfədən az olmayaraq təhlil olunur və əsaslandırılmış təklif təqdim olunması barədə qərar verilir. Dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adlarının (təsiredici maddələrin adlarının) və tibb vasitələrinin xidmətlər zərfinə daxil edilməsi və ya dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adlarının (təsiredici maddələrin adlarının) və tibb vasitələrinin xidmətlər zərfindən çıxarılmasına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının layihəsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun tələblərinə uyğun hazırlanır və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 23 Oktyabr 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see212

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see190

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see180

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see173

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see163

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see142

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see141

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see140

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri