Icma.az
close
up
RU
Ağrıkəsici dərmanların təhlükəsi

Ağrıkəsici dərmanların təhlükəsi

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Hər bir insan həyatda ağrı ilə üzləşir: baş ağrısı, diş ağrısı, əzələ ağrısı, yanıq və ya travma nəticəsində olan ağrı və s.

Əgər ağrı xroniki (daim) xarakter alıbsa, mütləq həkimə müraciət edin. Belə ağrılar müxtəlif və bəzən çox ağır xəstəliklərin simptomu ola bilər. Lakin adətən əksər insanlar xroniki yox, kəskin ağrılarla üzləşir.

Ağrı ilə mübarizədə xüsusi dərmanlar - anlgetiklər istifadə olunur. Onların bir hissəsi ağrını müvəqqəti olaraq aradan qaldırır. Bu preparatlar mərkəzi sinir sisteminə deyil, periferik sinir sisteminə təsir edir.

Bəzi analgetiklər isə birbaşa beyinə təsir edərək beyinin qalan orqanizmlə əlaqəni "kəsir" ki, impulslar ağrıyan yerdən beyinə çatmır. Belə preparatlar adətən cərrahiyyə əməliyyatları zamanı, güclü ağrı şoku zamanı, güclü xroniki ağrılar zamanı (məsələn, xərçəng xəstələrində) istifadə olunur. Bu narkotik prepartlardır. Tərkibində morfin,  fentanil, promedon və s. bu kimi maddələr olan preparatlar narkotik analgetiklər sayılır. Bu preparatlar alışqanlıq yaradır, böyük dozalarda və daim istifadə etdikdə orqanizmə böyük zərər verir, hətta ölümə səbəb ola bilər. Məhz bu səbəbdən tibbdə bu kimi preparatlar yalnız o hallarda istifadə olunur ki, onlarsız keçinmək mümkün deyil (cərrahiyyə əməliyyatları, ağır travmalar zamanı, ağır xərçəng xəstələrində).

Hamıya tanış olan analgin, aspirin, parasetamol, ibuprofen kimi analgetiklər narkotik analgetiklər deyil. Onlar alışqanlıq yaratmır və nisbi təhlükəsiz sayılır. Lakin bu preparatlardan da süi-istifadə etmək olmaz. Əgər ağrı dözümlüdürsə, ağrısızlaşdıran preparat qəbul etməyin, bir qədər gözləyin, ağrı özü-özündən keçə bilər.

Həkimlərin müşahidələrinə görə, qadınlar kişilərlə müqayisədə analgetiklərdən daha tez-tez hallarda süi-istifadə edir.

Bu preparatlardan sui-istifadə edən insanın immun sistemi zəifləyir, qanın tərkibi pisləşir, qara ciyər, böyrəklər, mədə-bağırsaq sistemində ciddi pozulmalar yaranır.

İnsanların əksəriyyəti bu kimi preparatları müxtəlif səbəblərə görə yaranan baş ağrıları zamanı istifadə edir. Sağlam insanda baş ağrıların səbəbi yorğunluq, yuxusuzluq, stress, bəzən aclıq və s. ola bilər. Bu halda sadəcə bir qədər dincəlmək, uzanmaq, yatmaq lazımdır ki, baş ağrısı keçsin.

Bəzən baş ağrısı güclü olur, insana əzab verir və ondan yalnız dərmanın köməyi ilə azad olmaq mümkündür. Bu halda ağrısızlaşdıran dərman qəbul etmək olar. Lakin belə hallar tez-tez təkrarlanırsa, mütləq həkimə müraciət edin. Tez-tez təkrarlanan güclü baş ağrıları müxtəlif və bəzən çox ağır xəstəliklərin əlaməti ola bilər (məsələn, beyinin bədxassəli şişlərin).

Analgetiklərdən sui-istifadə çox pis nəticələnə bilər. Amerikalı alimlər sübut ediblər ki,    baş ağrısı zamanı tez-tez istifadə olunan analgetiklər yeni və daha güclü baş ağrıları tutmalarına səbəb olur.

Aspirin ən təsirli və etibarlı analgetiklərdən biri sayılır. Lakin bu preparat bəzi mədə-bağırsaq sistemi xəstəlikləri (məsələn, mədə xorası) və astma xəstəliyi zamanı, hamilə qadınlar və uşaqlar üçün əks-göstərişdir.

Analgin, parasetamol və ibuprofen kimi analgetiklər də baş, diş, qulaq ağrıları zamanı yaxşı kömək edir. Diş ağrısı zamanı həbi dişin üzərinə qoymayın, bu kömək etməyəcək və damağın iltihabına səbəb ola bilər.

Kəskin spazm xarakterli ağrılar zamanı analgetiklərdən yox, spazmolitiklərdən istifadə edin (məsələn, no-şpa).

Qarın ağrıları zamanı analgetiklərdən istifadə etməyin. Bu təhlükəli ola bilər.

Yadınızda saxlayın ki, analgetiklər müalicəvi təsir etmir, onları yalnız ilk tibbi yardım vasitəsi kimi istifadə etmək olar. Bu preparatlar ağrının səbəbini aradan qaldırmır, yalnız insanın vəziyyətini yüngülləşdirir.

Ağrısızlaşdıran preparatları qəbul etdikdə çalışın dərmanın ən minimal dozası il kifayətlənin. Belə ki, əvvəl həbin 1/2 hissəsini qəbul edin. Bir çox hallarda bu doza lazım olan effekt verir. Əgər ağrı keçməzsə, qalan 1/2 hissəsini qəbul edə bilərsiniz.

Mütəxəssislər ağrısızlaşdıran preparatları həftədə 1-2 dəfədən artıq qəbul etmək qəti şəkildə məsləhət görmürlər. Əgər siz bu preparatları daha tez-tez istifadə etməyə məcbursunuzsa, bu təhlükəli siqnal sayılır və siz mütləq həkimə müraciət etməlisiniz.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:298
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 23:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

Azərbaycanda kimlər aylıq müavinət ala bilər? SİYAHI

28 Sentyabr 2026 19:33see147

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see147

Bakıda artan kreditin nəticəsi TIXAC

28 Sentyabr 2026 16:17see147

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri