Icma.az
close
up
RU
Dərmansız boğaz ağrısının qarşısını almağın 5 yolu

Dərmansız boğaz ağrısının qarşısını almağın 5 yolu

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ev üsulları ilə boğaz ağrısını tez yüngülləşdirməyin yolları

Lent.az xarici mediaya istinasdla xəbər verir ki, səhərlər boğazın niyə ağrıdığını və bunu adi konfetlər vasitəsilə necə aradan qaldırmağın yollarını izah edir:

Qış aylarında boğaz ağrısı daha tez-tez narahat edir. Dərmanlara pul xərcləmək isə hər zaman düzgün seçim olmur. Həkimlərin tövsiyə etdiyi beş sadə ev üsul var. Bu məsləhətlərə əməl etdikdə, boğazda göynəmə və qıcıqlanmanın azaldığını hiss edəcəksiniz. Boğaz ağrısı çox vaxt soyuqdəymə, qrip və ya digər virus infeksiyalarını müşayiət edir və selikli qişa iltihablandıqda ortaya çıxır. Bu isə udmanı və danışmağı çətinləşdirir.

Çay

Gün ərzində bir fincan çobanyastığı və ya yaşıl çay şişkinliyi azalda bilər. Klinika Klevlenddə çalışan ailə təbabəti üzrə mütəxəssis, doktor Emi Zak bu xoş ətirli içkini tövsiyə edir.

Şəkər və ya bal

Şirinləşdirilmiş sundan bir neçə qurtum içmək belə böyüklərdə öskürək əlamətlərini yüngülləşdirə bilər. Suya bir qaşıq bal da əlavə etmək olar. Ancaq unutmayın: bal 1 yaşdan kiçik uşaqlara uyğun deyil, çünki nadir, lakin ciddi xəstəlik olan uşaq botulizmi riskini artıra bilər.

Duz

İlıq duzlu su ilə boğazın qarqarası (240 millilitr suya yarım çay qaşığı duz) şişkinliyi azaldır, ağrını yüngülləşdirir və seliyi təmizləyir.

Araşdırmalar göstərib ki, bu üsul antiseptik ağız yaxalayıcılarından daha effektivdir. Saatda bir dəfə təkrarlamaq olar.

Acı bibər və ya acı sous

Acı bibər yeməyi və ya ən azı acı sousdan istifadə etməyi tövsiyə edir. Çünki onların tərkibində iltihabla mübarizə aparan və ağrını bloklayan təbii maddə kapsaisin var.

Bir neçə damcı acı sousu ilıq suya əlavə edib boğazınızı qarqara edə bilərsiniz. Kapsaisin seliyi durulaşdırır və bu da öskürəyi və boğaz ağrısını effektiv şəkildə azalda bilər. Lakin eyni zamanda selik ifrazını artıra, nəticədə burun axıntısının çoxalmasına səbəb ola bilər.

Pastillər (sorulan konfetlər)

Əlbəttə, tüpürcək ifrazını stimullaşdıran və boğazın nəmliliyini qoruyan pastillərsiz olmaz. Mentollu pastillərdən istifadə edin – beləliklə göynəmə daha tez keçəcək.

Yeri gəlmişkən, həkimlər səhərlər niyə boğaz ağrısı və öskürək hiss etdiyimizi də izah ediblər, halbuki özümüzü xəstə hesab etmirik. Bu, gecə saatlarında boğazın çox quruması ilə bağlıdır. Pastil, bərk konfet və ya tüpürcək ifrazını artıran hər hansı vasitədən istifadə boğazın nəm qalmasına kömək edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://lent.az
archiveBu xəbər 24 Dekabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri