Dərnəgül metrosunun qarşısı sahibsiz itlərlə doludur, tədbir görülmür SOS
Icma.az bildirir, Sherg.az portalına istinadən.
Heç bir qurum bu problemi həll etmək istəmir. Sahibsiz itlər hər gün çoxalır. Küçələrdə sürü ilə dolaşırlar
Dərnəgül metrosunun qarşısındakı parkda sahibsiz itlər dolaşır. Bununla bağlı oxucumuz ”Şərq” redaksiyasına müraciət edib. Vətəndaş bildirib ki, Binəqədi Rayon Məhkəməsinin yaxınlığında çalışdığı və sahibsiz itlərlə hər gün qarşılaşdığını deyib:
- Metrodan çıxanlar parkda sahibsiz itlərin dolaşdığını görür. Ərazidə yaşayanlar bildirir ki, itlər bir nəfərə hücum edib, dişləyib. Həmin şəxs xəstəxanaya aparılıb. Sahbsiz itləri toplayacaq, uyğun bir yerə aparıb peyvəndləyəcək, vaksinasiya edib əhalinin təhlükəsizliyi baxımından zərərsizləşdirəcək bir qurum yoxdurmu? Nəyi gözləyirlər? Gözləyirlər ki, insanlara hücum etsinlər, insanlar quduzluq xəstəliyinə tutulsun, sonra tədbir görsünlər. Heç bir qurum bu problemi həll etmək istəmir. Sahibsiz itlər hər gün çoxalır. Küçələrdə sürü ilə dolaşırlar. İnsanlar ehtyat edir, uşaqlar, yaşlı insanlar var. Biz demirik, itlər tələf edilsin, öldürülsün. Onlar peyvəndlənməli, qulaqlarına birka vurulmalıdır ki insanlar arxayın olsun, qorxmasınlar, təşviş keçirməsinlər. Amma itlər peyvənd olunmayınca təhlükə qalacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 09 Fevral 2026 19:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















