Icma.az
close
up
RU
Rəis müavini: Dərnəgül elektrik deposu Bakı metrosunun üçüncü yerüstü stansiyası olacaq

Rəis müavini: Dərnəgül elektrik deposu Bakı metrosunun üçüncü yerüstü stansiyası olacaq

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 7 aprel, AZƏRTAC

Bakı şəhərinin nəqliyyat infrastrukturunun gücləndirilməsi, inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm tədbirlər icra edilir. Həmin tədbirlər sırasında “28 May” stansiyasında Yaşıl və Qırmızı xətlərin ayrılması da yer alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə KİV-lərə müsahibəsində “Bakı metropoliteni” QSC-nin Tikinti layihələrinin idarə olunması departamentinin rəis müavini Məmməd Rzayev deyib.

O, qeyd edib ki, Dərnəgül elektrik deposunun tam istismara verilməsi “28 May” stansiyasında Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsinin əsas tərkib hissələrindəndir.

“Çünki hal-hazırda həm Yaşıl, həm də Qırmızı xətt üzrə yalnız Nərimanov deposu xidmət göstərir ki, bu da kifayət deyil. Yaşıl xəttin müstəqil fəaliyyətini təmin etmək, eyni zamanda, “28 May” stansiyasında xətlərin ayrılması üçün yeni tunellərin inşasına başlamaq üçün Dərnəgül elektrik deposunun fəaliyyətə başlaması zəruridir. Dərnəgül elektrik deposu 16 hektar yarım ərazini təşkil edir. Ərazidə ümumilikdə 40-dan çox tikinti obyektlərinin inşası nəzərdə tutulur. Eyni zamanda deponun ərazisində dəmir yolu xəttinin çəkilişinə başlanıb və layihə üzrə ümumilikdə beş kilometrdən çox dəmir yolu xəttinin inşası nəzərdə tutulur. Xüsusilə vurğulamaq istəyirəm ki, Dərnəgül elektrik deposu, eyni zamanda metro stansiyası kimi fəaliyyət göstərəcək”, - deyə Məmməd Rzayev vurğulayıb.

Rəis müavini onu da əlavə edib ki, Dərnəgül elektrik deposu metropolitenin üçüncü yerüstü metro stansiyası olacaq: “Buna görə, ərazidə sərnişin platforması, sərnişin platformasından sonra yeni yeraltı piyada keçidinin inşası nəzərdə tutulur. Vaqonları tərk edən sərnişinlərimiz platforma vasitəsilə qeyd etdiyim yeraltı piyada keçidə keçid edərək Abay Kunabayev küçəsi istiqamətində və əks istiqamətdə çıxış edə biləcəklər. Deponun ərazisində metropolitenin əməkdaşları üçün futbol meydançası, söhbətgahlar, yaşıl parklar və avtomobil dayanacağının inşası nəzərdə tutulur. Artıq tikinti-quraşdırma işlərinə başlanıb və bütün işlər təsdiq edilən qrafik üzrə gecikmədən icra ediləcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Aprel 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri