Icma.az
close
up
RU
Dərs saatları dəyişdirilə bilər? YENİ TƏKLİF

Dərs saatları dəyişdirilə bilər? YENİ TƏKLİF

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda nəqliyyat sıxlığının azaldılması üçün orta ümumtəhsil məktəblərində dərslərin başlama saatının dəyişdirilməsi təklif olunur. Bəs bu addım tıxac probleminin həllinə nə dərəcədə təsir göstərə bilər və şagirdlərin dərs rejiminə, eləcə də valideynlərin iş qrafikinə necə təsir edəcək?

BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirib ki, Bakıda nəqliyyat sıxlığının azaldılması məqsədilə orta ümumtəhsil məktəblərində dərslərin başlama saatının dəyişdirilməsi problemin həllinə ciddi təsir göstərməyəcək. Çünki səhər saatlarında yaranan tıxaclar təkcə məktəblərlə deyil, valideynlərin uşaqlarını təhsil müəssisələrinə apardıqdan sonra iş yerlərinə yollanması ilə də bağlıdır.

"Dərslərin saat 10:00 və ya 11:00-da başlaması da nəqliyyat sıxlığını tam aradan qaldırmayacaq. Belə ki, valideynlərin əksəriyyəti övladlarını məktəbə özləri aparır, xüsusilə də aşağı sinif şagirdlərinin müstəqil şəkildə məktəbə getməsi hər zaman mümkün olmur. Dərs saatlarının dəyişdirilməsi valideynlərin iş rejimində çətinliklər yarada, onların işə gecikməsinə və gündəlik fəaliyyətlərinin pozulmasına səbəb ola bilər.

Bundan başqa, Bakıda fəaliyyət göstərən məktəblərin böyük hissəsinin iki növbəli olması da nəzərə alınmalıdır. Səhər növbəsinin daha gec başlaması günortadan sonrakı növbənin vaxtını da dəyişəcək. Nəticədə şagirdlər dərslərini axşam saatlarında bitirməli olacaq, bu isə onların ev tapşırıqlarına hazırlaşmasına və istirahətinə mənfi təsir göstərə bilər. Eyni zamanda, nəqliyyat sıxlığı sadəcə başqa saatlara keçə bilər, problem isə olduğu kimi qala bilər.

Düşünürəm ki, problemin həlli üçün məktəblərin və ali təhsil müəssisələrinin yerləşməsi də nəzərdən keçirilməlidir. Xüsusilə şəhərin mərkəzində, əsas magistral yolların və metro stansiyalarının yaxınlığında yerləşən bəzi təhsil müəssisələrinin şəhər kənarına köçürülməsi nəqliyyat yükünün azaldılmasına kömək edə bilər. Məsələn, ali təhsil müəssisələrinin bir hissəsinin Lökbatan və Xırdalan istiqamətlərində yerləşdirilməsi alternativlərdən biri kimi qiymətləndirilə bilər",- deyə o qeyd edib.

R.Nurəliyev həmçinin vurğulayıb ki, daha vacib addım məktəbli avtobuslarının fəaliyyətinin təkmilləşdirilməsi və müntəzəm təşkilidir. Bu nəqliyyat vasitələrindən daha geniş istifadə valideynlərin şəxsi avtomobillərlə məktəblərə üz tutmasının müəyyən qədər qarşısını ala və səhər saatlarında yollardakı yükü azalda bilər.

"Nəzərə almaq lazımdır ki, şənbə günləri məktəblərdə dərs olmadığı halda da şəhərdə nəqliyyat sıxlığı müşahidə edilir. Bu da problemin yalnız ümumtəhsil məktəbləri ilə bağlı olmadığını göstərir. Universitetlərdə təhsil alan tələbələrin hərəkəti də şəhərin mərkəzi küçələrində və metro stansiyalarının ətrafında əlavə sıxlıq yaradır.

Bu səbəbdən hesab edirəm ki, dərslərin başlama saatının dəyişdirilməsi tıxac probleminin əsas həlli kimi nəzərdən keçirilməməlidir. Təhsil müəssisələrinin yerləşməsi, məktəbli avtobuslarının təşkili və ümumilikdə şəhərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlərin görülməsi daha məqsədəuyğun yanaşma ola bilər",- deyə ekspert əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://baku.ws
archiveBu xəbər 19 Oktyabr 2026 23:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see329

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see312

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see297

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see256

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see251

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see248

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see243

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see234

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see230

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see218

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see213

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see209

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see207

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see206

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see197

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see183

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see183

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see179

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see177

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri