Icma.az
close
up
RU
Dərs saatları azaldılsın TƏKLİF

Dərs saatları azaldılsın TƏKLİF

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan universitetlərində dərs saatının müddəti bəzi ali təhsil müəssisələrində 90 dəqiqə, bəzilərində isə 80 dəqiqədir. Lakin müəllimlərin və tələbələrin fikirlərinə görə, dərsin ilk bir saatından sonra tələbələrin diqqəti azalır və onlar müəllimi effektiv şəkildə dinləyə bilmirlər. Yorğunluq və diqqət dağınıqlığı tədrisin keyfiyyətinə mənfi təsir göstərir.

Buna görə də bəzi müəllimlər dərs saatının minimum 60 dəqiqəyə endirilməsini təklif edirlər.

Modern.az xəbər verir ki, mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev "Azedu.az"a bildirib ki, dərslərin 60 dəqiqə olması daha məqsədəuyğun olar:

"Ali təhsil müəssisələrində dərs saatlarının 80-90 dəqiqə olması ilə bağlı müəyyən təcrübə izah etmək istərdim. Xüsusilə Amerika və Kanada universitetlərində dərslər əsasən 60-75 dəqiqə arasında tədris olunur. Avropada və Türkiyədə isə dərs müddəti adətən 55-70 dəqiqə arasında dəyişir. Bəzi hallarda 80 dəqiqəlik dərslər də olur.

Bizdə isə əvvəlki illərdə mühazirə və seminar dərsləri Sovet dövründən qalan ənənəyə uyğun olaraq 90 dəqiqə tədris olunurdu. Bu ənənə hazırda da davam edir. Mən hesab edirəm ki, müəyyən təcrübəyə əsaslanaraq mühazirə dərslərinin 80-90 dəqiqə olması normal sayıla bilər.

Lakin əvvəlki seminar dərsləri hazırda daha çox praktika və laboratoriya dərsləri formasında keçirilir. Bu tip dərslərin 60 dəqiqə olması daha məqsədəuyğun olar. Mühazirə dərslərinin daha uzun olması müəyyən mənada tövsiyə olunur. Çünki bəzi hallarda müəllimlər uzaq məsafədən gəlirlər və dərs müddətinin qısaldılması müəyyən narahatlıqlar yarada bilər. Həmçinin mühazirə dərslərində bəzi mövzular birləşdirilmiş şəkildə təqdim olunur. Bu baxımdan mühazirələrin 80 və ya 90 dəqiqə olması normal qəbul edilə bilər".

Psixoloqlar isə bildirirlər ki, insan beyninin fasiləsiz diqqət müddəti orta hesabla 28-35 dəqiqədir:

"Amma laboratoriya, praktika və seminar xarakterli dərslərin 60 dəqiqə olması daha uyğun hesab edilə bilər. Beynəlxalq təcrübədə də bu cür yanaşma mövcuddur. Bizdə isə seminar və laboratoriya dərslərinin də mühazirələr kimi 90 dəqiqə keçirilməsi, açıq şəkildə desək, artıqdır. Bu, həm müəllimlər, həm də tələbələr üçün müəyyən narahatlıq yaradır.

Psixoloqlar qeyd edirlər ki, insan beyninin fasiləsiz diqqət müddəti orta hesabla 28-35 dəqiqədir. 35 dəqiqədən sonra məlumatın qavranılması və analiz edilməsi çətinləşir. Məhz buna görə orta ümumtəhsil məktəblərində dərslər 45 dəqiqədir. Bu müddət ərzində ev tapşırığının yoxlanılması, əvvəlki dərsin soruşulması və yeni dərsin izahı üçün 20-25 dəqiqə ayrılır ki, şagirdlər mövzunu daha rahat qavrasınlar.

Bir çox mühazirə müəllimləri və professorlar 90 dəqiqəlik dərsləri bir neçə hissəyə bölürlər. Məsələn, 30 dəqiqəlik izahdan sonra qısa fasilə verilir, 5 dəqiqəlik real həyat nümunəsi təqdim olunur. Bu zaman tələbələrin beyni müəyyən qədər "istirahət" edir və növbəti hissəni daha diqqətlə dinləyə bilir.

Ümumilikdə, insan beyninin diqqət imkanlarını nəzərə alaraq demək olar ki, 90 dəqiqəlik fasiləsiz dərs müddəti çoxdur və azaldılması məqsədəuyğun olardı. Mühazirə dərsləri 80 dəqiqə, seminar və praktika dərsləri isə 60 dəqiqə təşkil edilə bilər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:441
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Fevral 2026 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see600

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see423

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see301

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see287

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see273

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see263

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see260

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see236

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see213

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see206

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see205

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see200

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see191

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see188

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see184

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see179

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see168

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see167

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri