Icma.az
close
up
RU
Dərslərin başlama vaxtının dəyişdirilməsi müzakirə oluna bilər

Dərslərin başlama vaxtının dəyişdirilməsi müzakirə oluna bilər

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Paytaxt Bakıda ictimai nəqliyyat, xüsusilə də metro, hər gün yüz minlərlə insanın işə, dərsə və digər ünvana çatmaq vasitəsinə çevrilib. Səhər saatlarında metro stansiyalarında yaşanan sıxlıq isə artıq illərdir ki, həm sərnişinlərin narazılığına, həm də gündəlik həyat ritminin pozulmasına səbəb olur.

Bu problemin həlli üçün müxtəlif təkliflər səsləndirilir. Onlardan biri də təhsil müəssisələrində dərslərin ənənəvi olaraq saat 08:30, 09:00-da deyil, 1-2 saat gec başlamasıdır. Təklifə əsasən, dərs saatlarının dəyişdirilməsi ilə pik saatlarda ictimai nəqliyyata olan təzyiqin azaldılması və sərnişin axınının daha balanslı şəkildə bölüşdürülməsi mümkündür.

Modern.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Əkbərova qeyd edib ki, təhsil müəssisələrində dərs saatlarının bir qədər gec başlaması ideyası, ilk baxışdan həm nəqliyyat yükünün azaldılması, həm də şagirdlərin psixoloji və fiziki rahatlığı baxımından müsbət görünür.

“Biz bilirik ki, səhər saatlarında xüsusilə Bakıda metro və avtobuslarda sıxlıq çox yüksək olur. Əgər dərs saatları bir qədər gec – məsələn, saat 9-un deyil, 10-un ətrafında başlasa, pik saat yükü bölünər, ictimai nəqliyyatdan istifadə edənlərin sayı nisbətən balanslı paylanar. Bu da həm şagirdlər, həm də ümumi sərnişin axını üçün rahatlıq yarada bilər”.

Onun fikrincə, digər tərəfdən, bu addımın pedaqoji üstünlükləri də ola bilər:

“Araşdırmalar göstərir ki, xüsusilə yeniyetmə yaşında olan şagirdlər səhər tezdən dərsə başlamaqda çətinlik çəkirlər. Onların yuxu ritmi bioloji olaraq bir qədər gec oyanmağa uyğun olur. Bu səbəbdən dərslərin gec başlaması həm diqqətin, həm də öyrənmə motivasiyasının artmasına kömək edə bilər. Daha dinamik və enerjili şagirdlər dərs prosesində daha effektiv iştirak edərlər”.

Həmsöhbətimiz bildirib ki, amma nəzərə almaq lazımdır ki, bu, yalnız bir tərəfi rahatlaşdıran deyil, həm də digər tərəflərdə çətinlik yarada biləcək bir addımdır:

“Çünki məktəblərin dərs saatlarının dəyişməsi valideynlərin iş qrafikinə, məktəbdənkənar məşğələlərə, əlavə hazırlıq kurslarına və nəqliyyat sisteminin bütövlükdə ritminə təsir edəcək. Yəni belə bir dəyişiklik yalnız təhsil sahəsinin deyil, ümumilikdə şəhərin sosial-inzibati həyatının yenidən planlaşdırılmasını tələb edir.

Mənim fikrimcə, bu məsələyə mərhələli şəkildə yanaşmaq olar. Məsələn, pilot layihə olaraq bir neçə məktəbdə tətbiq olunub nəticələri izlənilsə, daha obyektiv qiymətləndirmə aparmaq mümkün olar. Əgər müsbət nəticələr özünü göstərsə, o zaman geniş miqyasda tətbiq real görünə bilər”.

G.Əkbərova yekun olaraq onu da əlavə edib ki, təklif maraqlı və müzakirəyə dəyərdir:

“Həm ictimai nəqliyyat rahatlığı, həm də şagirdlərin psixoloji rifahı üçün faydalı ola bilər, amma bu dəyişikliklər balanslı şəkildə və bütün maraqlı tərəflərin – valideynlərin, müəllimlərin, şagirdlərin və nəqliyyat qurumlarının razılaşdırılmış şəkildə həyata keçirilməlidir”,- deyə o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Sentyabr 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri