Icma.az
close
up
RU
Dərsliklər, sadəcə, kitab deyil, bilik xəzinəsinin qızıl kərpicləridir

Dərsliklər, sadəcə, kitab deyil, bilik xəzinəsinin qızıl kərpicləridir

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Onların daim təkmilləşdirilməsi isə savadlılığı yüksəldir

Hər il məktəblərə yeni dərsliklər təqdim olunur. Dəyişən dərsliklər, dəyişməyən sualları yenidən gündəmə gətirir: Yeniliklər şagirdlərin ehtiyaclarına cavab verirmi, yoxsa yalnız proqramdakı dəyişikliklərlə məhdudlaşır?

Təhsil mütəxəssisləri qeyd edirlər ki, dərsliklərin həcmi, mövzu seçimi və təqdimat üsulu birbaşa şagirdlərin dərsi mənimsəmə sürətinə, analitik düşünmə və tətbiqetmə bacarığına təsir göstərir. Xüsusilə, aşağı siniflər üçün ağır mətnlər və sıx qrafik strukturlar şagirdləri dərsdən uzaqlaşdırmaq riski yaradır. Digər tərəfdən, regionlara dərsliklərin vaxtında paylanması, çap keyfiyyəti, səhv və ya köhnəlmiş məlumatların mövcudluğu kimi texniki problemlər hələ də aradan qaldırılmayıb. Bu isə təhsildə bərabərliyi ciddi təsir göstərən faktorlardandır.

Mövcud problemlər daha innovativ və müasir yanaşmaların zəruriliyini gündəmə gətirir. Son illərdə dərsliklərin elektron versiyalarının istifadəyə verilməsi, onların vizual materiallarla zənginləşdirilməsi təhsil sistemində modernləşmə istiqamətində atılan əhəmiyyətli addımlardandır. Elektron resurslar məlumatın sürətli və sərbəst əldə olunmasını təmin edir, elm və təhsil sahələrində araşdırma imkanlarını genişləndirir. Onlar həm də aktual məlumat, interaktiv tədris və qlobal əməkdaşlıq üçün vasitədir. Əlbəttə, bu proses hələ də inkişaf mərhələsindədir və atılan addımların təhsilin keyfiyyətinin yüksəlməsinə mühüm töhfə verdiyi müşahidə olunur.

Təhsil sahəsindəki çağırışlar fonunda, Təhsil Nazirliyi qarşıdakı tədris ili üçün dərsliklərin yenilənməsi və keyfiyyətinin artırılması istiqamətində görülmüş işlər barədə məlumat verib:

– 2025/2026-cı tədris ili üçün ümumi təhsil pilləsi üzrə 49 adda dərslikdə məzmun təkmilləşdirilməsi və yenilənməsi həyata keçirilmişdir. Həmin dərsliklər IX və XI siniflər istisna olmaqla, digər siniflər üzrə müxtəlif fənləri əhatə edir. Belə ki, yeni tədris ilində “Rus dili 2”, “Alman dili 2”, “Azərbaycan dili 6”, “Riyaziyyat 6”, “Azərbaycan tarixi 6”, “Coğrafiya 7”, “Fizika 8”, “Biologiya 8” və s. dərsliklər hazırlanmışdır. Yeni dərsliklər qabaqcıl təhsil institutlarının tətbiq etdikləri müasir öyrətmə üsullarından da istifadə edilməklə hazırlanıb. Həmin dərsliklərdə müasir yanaşmalardan və yeni pedaqoji texnologiyalardan geniş istifadə edilir.

Yeni dərsliklər şagirdlərdə əlavə nəzəri biliklərin əvəzinə, yaş xüsusiyyətlərinə uyğun zəruri bilik və bacarıqların formalaşdırılmasını hədəfləmişdir. Ümumi təhsil müəssisələrinə dərsliklər, tədris ilinin başlanmasına 3-5 ay əvvəldən məktəblərin tələbatına əsasən paylanılır. Məktəblərin dərslik tələbatı formalaşdırılarkən yeni tədris ilinə olan şagird sayı, eləcə də məktəbin kitabxana fondunda olan dərsliklərin sayı da nəzərə alınır.

Yeni tədris ilində Təhsil İnstitutunun təşəbbüsü ilə hazırlanmış dərsliklərdən ümumtəhsil müəssisələrində istifadəyə start veriləcək:

– Dərsliklərin məzmunu şagirdlərin yaş və sinif xüsusiyyətlərinə uyğunlaşdırılıb. İbtidai siniflərdə (6–9 yaş) mətnlər sadə, qısa və gündəlik həyatdan nümunələrlə izah olunur. Orta təhsil səviyyəsində (10–14 yaş) mövzular daha çox təcrübə, müşahidə və sadə hesablamalara əsaslanır. Tam orta təhsil səviyyəsində (15–17 yaş) mürəkkəb anlayışlar, qanunauyğunluqlar, riyazi modellər və nəzəri ümumiləşdirmələrə geniş yer verilir. Yeni dərsliklər bir il pilot siniflərdə sınaqdan keçirilir və ölkənin bütün regionlarını əhatə edir.

Pilot siniflərinin şagirdləri dərslik və iş dəftəri, müəllimləri isə dərslik və metodik vəsaitlə təmin olunur. Sınaq müddətində siniflərdə ildə iki dəfə – birinci və ikinci yarımilin sonunda – ARTİ-nin uyğun fənlər üzrə mütəxəssisləri və dərslik müəllifləri monitorinqlər aparır. Dərslik və metodik vəsaitin elektron versiyası (PDF) TRİMS.edu.az portalında yerləşdirilir və ictimai müzakirəyə çıxarılır.

Monitorinqin nəticələri, ictimai müzakirədən (DİM-in ekspertləri, universitetlərin professor-müəllim heyəti, elmi tədqiqat institutları və fənn müəllimləri) və Elm və Təhsil Nazirliyinin ekspertlərinin rəylərinin təhlili əsasında təkmilləşdirmələr aparılır. Bütün dərsliklərin və metodik vəsaitlərin PDF formatı TRİMS.edu.az portalında yerləşdirilir. Dərsliklər iki hissədə hazırlanır: I hissə birinci yarımildə, II hissə isə ikinci yarımildə istifadə olunur. Texniki ölçüsü A4 formatındadır, mətnlərin həcmi və sıxlığı isə şagirdlərin yaş səviyyəsinə uyğun tərtib olunub.

Təhsil eskperti Kamran Əsədov bildirdi ki, yeni dərsliklərin uğurlu tərəflərinə baxmayaraq, bir sıra çatışmazlıqlar da gözə çarpır:

Son illərdə Azərbaycanda dərsliklərin yenilənməsi təhsil sahəsində diqqətçəkən mövzulardan biridir. Nazirlik tərəfindən aparılan islahatlar müəyyən müsbət nəticələr doğursa da, prosesin effektivliyi hələ tam deyil. Statistik göstəricilər göstərir ki, 2015-ci ildən bəri dərsliklərin böyük hissəsi yenilənib və elektron variantları hazırlanıb. Lakin dərsliklərin dil və üslubunda aydınlıq çatışmazlığı, faktoloji səhvlər və fənlər üzrə çətinlik balansının pozulması hələ də müşahidə olunur.

Maliyyə tərəfinə nəzər salsaq, hər il dövlət büdcəsindən dərsliklərin hazırlanması və çapı üçün təxminən 25–30 milyon manat vəsait ayrılır. 2023-cü ildə bu məbləğ 28 milyon manat olub və onun 65 faizi çap işlərinə, 20 faizi müəllif qonorarı və ekspertiza xərclərinə, 15 faizi isə elektron resursların hazırlanmasına yönəlib. Bu vəsaitin istifadəsi dərslik siyasətinin həm keyfiyyətə, həm də rəqəmsal resurslara yönəldiyini göstərir.

Dünya təcrübəsi ilə müqayisədə bu rəqəm yüksək deyil. Məsələn, Estoniyada dövlət hər şagird üçün illik dərslik xərci təxminən 80 avro təşkil edir ki, bu, Azərbaycan göstəricisindən iki dəfə çoxdur. Bununla belə, ölkəmizdə pulsuz dərslik təminatının qorunması sosial bərabərliyin gücləndirilməsi baxımından mühüm addımdır və müsbət qiymətləndirilməlidir.

Müəllimlərin yeni dərsliklərlə işləməsi vərdişləri də sürətlənir: gənc nəsil yeni sistemə daha tez uyğunlaşsa da, yaşlı müəllimlər üçün bu hələ çətin prosesdir. Şagirdlərin dərs yükü də nəzərdə tutulandan artıqdır və fəaliyyət tapşırıqları ilə birlikdə həftədə 40 saata çatır ki, bu, beynəlxalq standartlardan yüksəkdir. Maliyyə təminatı olsa da, yenilənmiş dərsliklərin tətbiqi və elektron resursların istifadəsi hələ tam effektiv deyil.

Müəllimlərin proseslə ayaqlaşması üçün davamlı təlimlərin miqyasının artırılması vacibdir. Şagirdlərin dərs yükünün balanslaşdırılması istiqamətində isə əlavə tədbirlər görülməlidir. Elm və Təhsil Nazirliyinin bu sahədə ardıcıl siyasəti təqdir olunmalıdır, çünki məqsəd dərsliklərin sadəcə yenilənməsi deyil, həm də onların keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır. Bu siyasət faydalıdır, yaxın illərdə irəliləyişlərin daha da genişlənməsi gözlənilir və təhsil sisteminin dayanıqlılığına mühüm töhfə verəcək”.

Ekspertin dediklərinə onu da əlavə edək ki, yenilənmiş dərsliklər, elektron resurslar və müasir pedaqoji yanaşmalar təhsil sistemində yeni üfüqlər açır. Lakin hər uğurlu addımın arxasında hələ görməli işlər, həllini gözləyən çağırışlar dayanır. Faktiki səhvlər, dərs yükünün balanssızlığı və müəllimlərin adaptasiyası kimi məsələlər göstərir ki, islahatlar prosesi davamlı olmalı, hər mərhələdə diqqət və dəqiqlik əksini tapmalıdır.

Fidan ƏLİYEVA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Sentyabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see195

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see185

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see183

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see159

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see153

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see148

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see145

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see144

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see142

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see141

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see140

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see138

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see135

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see132

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see130

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see129

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see126

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see124

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see123

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri