Dərsliklər sadəcə mövzuların sıralandığı kitablar deyil Şura katibi
525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Elm və Təhsil Nazirliyinin son illər ərzində dərslik və müəllim üçün nəzərdə tutulan metodik vəsaitlərin ictimai müzakirəyə çıxarılması artıq davamlı bir yanaşmaya çevrilib. 2026–2027-ci tədris ili üçün təqdim olunan layihələrin də bu açıq platformada paylaşılması göstərir ki, dərsliklərin formalaşması prosesi cəmiyyətin iştirakı ilə aparılır və bu, təhsildə şəffaflıq üçün mühüm addımdır”.
Bu fikirləri 525.az-a Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova deyib.
Onun sözlərinə görə, bu gün dərsliklər sadəcə mövzuların sıralandığı kitablar deyil. Onlar şagirdlərin düşünmə tərzini, öyrənməyə yanaşmasını və dünyanı qavrama formasını müəyyənləşdirən əsas vasitələrdir. Məzmunun dili, tapşırıqların quruluşu, nümunələrin həyati olması uşağın dərsə marağını ya gücləndirir, ya da zəiflədir. Buna görə də dərsliklərin keyfiyyəti yalnız müəlliflərin deyil, bütün təhsil ictimaiyyətinin məsuliyyət sahəsidir. Beynəlxalq təcrübə də bunu təsdiqləyir:
“Bir çox inkişaf etmiş ölkələrdə – o cümlədən Finlandiya, Estoniya və Sinqapurda – dərslik layihələri açıq platformalarda müəllimlərin və ekspertlərin rəyinə təqdim olunur. Bu proses nəticəsində yaranan kitablar daha praktik, daha anlaşılan və real sinif mühitinə uyğun olur. Bu yanaşma müəllimi dərslikdən asılı etmir, əksinə onu yaradıcılığa təşviq edir. Azərbaycanda da bu modelin tətbiqi təhsildə keyfiyyətin yüksəldilməsi baxımından mühüm mərhələdir. trims.edu.az portalında yerləşdirilən dərslik layihələri hər kəs üçün əlçatandır və bu, müəllimlərin, valideynlərin və mütəxəssislərin real təcrübəyə əsaslanan fikirlərini bölüşməsi üçün geniş imkan yaradır. Sinifdə hansı mövzunun çətin olduğunu, hansı tapşırığın işləmədiyini ən yaxşı məhz müəllim və valideyn bilir. Toplanan rəy və təkliflər yalnız arxivləşmir – onlar dərsliklərin üzərində çalışan ekspert qruplarına ötürülür və layihələrin təkmilləşdirilməsində istifadə olunur. Yəni bir fikir belə, gələcək nəşrlərdə konkret dəyişikliklərə səbəb ola bilər. Bu isə cəmiyyətin təhsilə birbaşa təsir mexanizminin mövcud olduğunu göstərir.
Əslində söhbət təkcə dərsliklərdən getmir. Burada əsas məsələ, uşaqlarımıza necə bir təhsil vermək istədiyimizdir. Onları əzbərləməyə məcbur edən, yoxsa düşünməyə sövq edən məzmunmu? Passiv oxucu, yoxsa fəal və tənqidi düşünən şagird yetişdirən sistemmi? Bu sualların cavabı bu gün verilən rəylərdə formalaşır. Bəzən bir fikir kiçik görünə bilər. Amma təhsildə məhz belə müşahidələr ən böyük dəyişikliklərin başlanğıcı olur. Bir müəllimin dərsdə üzləşdiyi çətinliyi yazması, bir valideynin övladının dərsliyi anlamadığını bildirməsi və ya bir mütəxəssisin terminoloji səhvi qeyd etməsi – hamısı gələcək dərsliklərin daha keyfiyyətli olmasına xidmət edir. Bu səbəbdən trims.edu.az platformasına daxil olmaq və layihələrlə tanış olaraq rəy bildirmək sadəcə formal prosedur deyil. Bu, ölkənin təhsil gələcəyinə birbaşa töhfə verməkdir. İllər sonra uşaqlarımız daha müasir, daha anlaşılan dərsliklərlə oxuyanda, hər birimiz deyə biləcəyik: “Bu dəyişiklikdə mənim də payım var”.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 12 Yanvar 2026 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















