Icma.az
close
up
RU
Dərsliklər şagirdlərdən bu tarixdə geri alına bilər, əks təqdirdə məsuliyyət... AÇIQLAMA

Dərsliklər şagirdlərdən bu tarixdə geri alına bilər, əks təqdirdə məsuliyyət... AÇIQLAMA

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tədris ilinin rəsmi olaraq 14 iyunda başa çatmasına baxmayaraq, bir çox məktəblərdə dərs prosesinin faktiki olaraq mayın sonlarında dayanması artıq illərdir müşahidə olunan bir reallıqdır. Bu dövrdə şagirdlərin məktəbə davamiyyəti kəskin azalır, dərslər isə daha çox formal xarakter daşıyır.

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elmin Nuri bildirdi ki, qanunvericiliyə, təhsillə bağlı normativ sənədlərə əsasən Azərbaycanda tədris ili 15 sentyabrda başlayır və 14 iyun tarixində bitir.

"Üstəlik, 522 nömrəli tövsiyyə sənədinə əsasən orta ümumtəhsil müəssisəsində dərsliklər yalnız və yalnız tədris ilinin bitməsinə 2, ya 3 gün qalmış şagirdlərdən geri alına bilər. Bu o deməkdir ki, dərs prosesi, pedaqoji işin təşkili yalnız və yalnız dərs ilinin sonunadək qüvvədə qalmalıdır. Əgər dərslər deyildiyi kimi may ayında başa çatırsa, dərsliklər şagirdlərdən daha tez alınırsa, burada məsuliyyət artıq ayrı-ayrı məktəblərin üzərinə düşür. Bu, birbaşa məktəbdaxili nəzarətin, davranış qaydalarının zəifliyi deməkdir".

Ekspert qeyd etdi ki, məktəb rəhbərliyi, pedaqoji şura bu məsələlərdə birbaşa məsuliyyət sahibi kimi davranmalı və tədris prosesini ilin sonunadək davam etdirməlidirlər.

"Bu, ən azından, məktəbin böyük adına, onun imicinə və missiyasına verilən qiymət kimi başa düşülməlidir. Bir məktəbin şagirdi həmin məktəbə ən sonuncu dərs gününədək getməlidir. Yox, bir məktəbdə artıq maydan sonra hər şey formala dönübsə, şagirdlərin yarıdan çoxu gəlmirsə, burada artıq mərkəzləşdirilmiş qaydada qərarlar verilməlidir. Məktəb məktəbdir, o nə hansısa imtahandan asılıdır, nə də hansısa prosesin tabeliyindədir. Bu gün "imtahanlar bitib məktəb nəyə lazımdır?!" iradını deyənlər məktəbin fəlsəfəsini tam bilməyən adamlardırlar",-deyə Elmin Nuri fikrini yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 İyun 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri