Icma.az
close
up
RU
Bu şagirdlərdən nələr oğurlamısınızsa, geri qaytarın!

Bu şagirdlərdən nələr oğurlamısınızsa, geri qaytarın!

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Səhhətimlə bağlı gündəlik “yaşam qrafikim” dəyişib – artıq bəlli saatlarda, həm də çox asta addımla havada olmağa məcburam və indi ətrafı daha yaxşı müşahidə etmək imkanım var – uzun illərdir gərgin iş rejiminə görə belə fürsətim olmayıb.

Bir neçə gündür məktəbə gedən və qayıdan şagirdlərlə qarşılaşıram, onlarda həm də özümü axtarıram – sanki dünən idi: məktəbdən deyə-gülə çıxardıq, qızğın müzakirə edərdik – sabahı, dərslərimizi, lap elə müəllimləri... Yanımızda olan ölümü heç görməzdik, özümüzü əbədi sanardıq, xoşbəxt idik, bax beləsə...

“Bax beləcə” deyil və məni heyrətləndirən də budur: günlərdir müşahidə edirəm, bir şagird, bircə məktəblinin üzündə xoşbəxtlik görmürəm - ən balacasından tutmuş bu gün-sabah məktəbə əlvida deyəninə qədər.

Hamısının “qaməti” də sanki eynidir – məktəb çantasının ağırlığından bir az qabağa əyilmiş boyun, dalğın, harasa zillənmiş, yorğun, bezgin, həvəssiz gözlər, solğun bəniz...

Uşaqların üzündə gülüş, sevinc yoxdur, məktəbdən, sinif yoldaşları ilə birgəlikdən, oxuduğundan, öyrəndiyindən məmnunluq müşahidə edilmir, uşaqlığın dadı-duzu, ləzzəti heç birində hiss olunmur!

Bu uşaqlar sanki robotdur: ancaq dərs əzbərləmək, test tapşırıqları doldurmaq, günortaya qədər məktəbdə, günortadan sonra kurslarda oxumaq (və yaxud tərsinə) və təkcə oxumaq deyil, yazmaq, dayanmadan yazmaq, başını qaldırmadan yazmaq...

Bu uşaqlar yaşamır, uşaqlığını keçirmir, öyrənmir, əylənmir, deyib-gülmür; bu uşaqlar yalnız və yalnız test əzbərləyir və bütün günü, bütün sutkanı!

Gedin, açın, orta məktəb şagirdlərinin dərsliklərinə baxın: başa düşə bilmirəm ki, mənim BDU-nun Filologiya fakültəsinin 3-cü kursunun ikinci semestrində öyrəndiklərimi indi orta məktəbin 7-ci sinif şagirdinə niyə sırımağa çalışırlar? Ana dili ilə belədirsə, yəqin ki, riyaziyyat, həndəsə, fizika və s. fənlərlə də vəziyyət eynidir.

Yaxşı, bu uşaqlardan nə düzəltmək istəyirsiniz? Mənim universitetdə öyrəndiyim dil nəzəriyyəsini orta məktəbin 7-ci sinfində uşağa əzbərlətməklə guya onun danışıq və yazı imkanlarını inkişaf etdirirsiniz? Orta məktəbi deyil, universitetləri bitirənləriniz redaksiyamıza gələndə görürük necə cümlələr qururlar. Onlara normal cümlə qurmağı öyrətmək üçün illərimiz gedirsə, siz orta məktəbdə o nəzəriyyəni hansı məntiqlə, hansı ağılla bu körpələrin çiyninə yükləyirsiniz?

Bu, təkcə ana dilinə deyil, digər fənlərə də aiddirsə, onda o şagirdlər necə xoşbəxt ola bilər ki? Onlar necə məktəbi sevə bilər ki?

Bir uşaq gündə neçə saat oxumalıdır? 7 saatlıq dərsdən gəlib, ardıcıl 2-3 fərdi məşğələyə gedib, sonra da o məşğələlərin “test tapşırıqlarını” icra etməklə bütün günü, həftəsi, ayı, illəri göyə sovrulan şagirdinmi fövqəlelmli, bilikli olacağını zənn edirsiniz?

Yaxşı, əgər mənim universitetdə öyrəndiklərimi 7-8-ci sinif şagidlərinə öyrədirsinizsə, bu uşağa Filologiya fakültəsində nə keçəcəksiniz? Və yaxud ali məktəbdə tədris olunan riyaziyyatı orta məktəbə köçürmüsünüzsə, dəqiq elmləri seçən və tələbə adını qazanan şagirdə universitetdə nə öyrədəcəksiniz?

Və yaxud, hansı orta məktəb şagirdinə ali məktəb səviyyəsində riyaziyyat lazımdır? Riyaziyyat üzrə ümumi anlayışlar hər birimiz üçün vacibdir – bütün həyatımız boyu lazım olur. Ancaq, məsələn, loqarifmanı həyatında heç olmasa bircə dəfə tətbiq edən nə qədər insan var - əlbəttə ki, riyaziyyat üzrə mütəxəssis və alimləri nəzərdə tutmuram.

Cənab naziri – Emin Əmrullayevi bu barədə ciddi düşünməyə dəvət edirəm. Emin Əmrullayev gəncdir, ancaq hər bir halda indiki gərgin, çətin, mənasız, əzbərçi təhsil sistemində yox, daha yüngül sistemdə təhsil alıb, 1989-da birinci sinfə gedibsə, ən azı, orta məktəbi köhnə sistemlə oxuyub.

Emin Əmrullayevdən soruşmaq istərdim: indi yüklədiyiniz, gözünü açmağa, xoşbəxt olmağa, məktəbi, dərsi, fənni, müəllimi sevməyə imkan vermədiyiniz şagidlərdən özünü daha savadsızmı hesab edir? Pismi təhsil alıb? İndi yetişdirməyə çalışdığı əzbərçi şagirdlər hansı biliklərlə ondan irəlidədirlər? Doğrudanmı Emin Əmrullayev elə düşünür ki, bütün bu biliklər hamısı orta məktəbdə uşaqlara əzbərlədilməlidir?

Bu şagirdlər bir də heç vaxt uşaq olmayacaq; onlar bir də heç vaxt orta məktəbə getməyəcəklər; onların bir də heç vaxt sinif yoldaşları olmayacaq...

...Biz nə qədər xoşbəxt idik, ilahi!

Bizim dərslər arasındakı fasilə-tənəffüs 10 dəqiqə idi – indi 5 dəqiqə olub!

Bizim böyük tənəffüs 20 dəqiqə idi – bufetdən yemək də alıb yeyərdik, hələ çatdırıb, həyətdə gizlənpaç da oynayardıq!

İndi 10 dəqiqədir böyük tənəffüs – onda da sinifdən çıxmağa vaxt qalmır: çünki məktəblər yükənib, məsələn, 500 şagird tutumu olan məktəbdə 3 min şagird təhsil alır; böyür-başında yeni korpus tikməyə imkan yoxdur – çünki həyəti satılıb!

Faktiki olaraq Bakı məktəblərinin həyəti MTK-lara, özü repetitorlara satılıb!

Uşaqların xoşbəxtliyini oğurlamısınız!

Bu dalğınlıqla, bədbəxtliklə, məktəbə sevgisizliklə siz Azad Mirzəcanzadə yetişdirə bilməzsiniz!

Bu təhsil sistemi ilə, “Namazovun testləri” ilə siz yalnız üzündə heç bir məna ifadə etməyən robotlar düzəldə bilərsiniz və qətiyyən özünüzü Maskla müqayisəyə cəsarət etməyin: Mask dəmirdən adam düzəldir, siz adamı, insanı robota çevirirsiniz!

Siz insanların istedadını beşiyindəcə boğub, məhv edirsiniz!

Qaytarın geri – hər şeyi qaytarın; o uşaqların xoşbəxtliyini, gülüşünü, əyləncəsini, məktəbə, müəllimə, dərsə sevgisini...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:219
embedMənbə:https://axar.az
archiveBu xəbər 13 May 2025 22:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri