Deşam Azərbaycan millisi ilə oyun öncəsi Mbappenin zədəsindən danışdı
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi "Real Madrid"in 26 yaşlı hücumçusu Kilian Mbappenin səhhəti barədə danışıb.
Oxu.Az xəbər verir ki, "RMC Sport" Deşamın sözlərindən sitat gətirib.
"Mbappe ilə danışdım. Onun kiçik bir problemi var, lakin yığmanın düşərgəsinə gəlməsinə mane olacaq qədər deyil. Biz tibbi heyətlə vəziyyəti qiymətləndirmək üçün vaxt ayıracağıq və sonra işlərin necə getdiyini görəcəyik", - baş məşqçi bildirib.
Xatırladaq ki, Kilian Mbappe şənbə günü "Real Madrid"in "Vilyarreal"la (3:1) matçında zədə alıb. Hücumçu qol vurduqdan az sonra meydanı tərk etmək məcburiyyətində qalıb və birbaşa paltardəyişmə otağına yollanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 07 Oktyabr 2025 00:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















