Laporta “El Klassiko” öncəsi Rafinya və Mbappenin zədələrindən danışdı
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
“Barselona”nın prezidenti Joan Laporta La Liqada oktyabrın 25-də keçiriləcək “El Klassiko” öncəsi komandanın hücumçusu Rafinya və “Real Madrid”in futbolçusu Kilian Mbappenin zədələri barədə danışıb.
İdman.Biz xəbər verir ki, Laporta sosial şəbəkə hesabında futbolçuların zədələnməsindən təəssüfləndiyini bildirib.
“Əfsuslar olsun ki, “Barsa”da biz artıq Erik Qarsiyanın durumunda olduğu kimi, əvvəlcə əhəmiyyətsiz görünən zədə ilə qarşılaşmışıq. Mənə məlumat verildi ki, Rafinya Braziliya millisinin heyətində müəyyən diskomfort hiss etdiyi üçün əvəzlənməli olub.
Görək zədənin dərəcəsi nə qədər ciddidir. Tezliklə baş tutacaq “El Klassiko”ya qədər o, bizə tam hazır vəziyyətdə lazımdır. Oxşar hadisə Madrid “Real”ında Mbappe ilə də baş verdi. İndi, görünür, eyni şey Rafinya ilə də yaşandı.
Mbappenin durumuna gəlincə, hər birimiz müəyyən məqamda müəyyən fikirlərə düşə bilərik, lakin həqiqət budur ki, məndə medianın dərc etdiyi məlumatlardan artıq informasiya yoxdur”, - deyə Laporta bildirib.
Hər iki futbolçu milli komandalarının heyətində çıxış edərkən zədələnib.
Qeyd edək ki, “Barselona” – “Real Madrid” qarşılaşması oktyabrın 25-də keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 29 Sentyabr 2026 23:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















