Deutsche Welle maliyyə çatışmazlığı səbəbindən yayım həcmini azaldacaq
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Almaniyanın "Deutsche Welle" beynəlxalq yayım şirkəti 21 milyon avro məbləğində maliyyə çatışmazlığı səbəbindən yayım həcmini azaldacağını açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 60 ildən sonra ilk dəfə olaraq yunan dili xidməti fəaliyyətini dayandıracaq, digər dillərdə isə jurnalist materiallarının həcmi azaldılacaq.
Qənaət tədbirlərinin tam ştat üzrə 160 vəzifəyə təsir edəcəyi gözlənilir, lakin ixtisarlar planlaşdırılmır. Qərar 2026-cı il üçün federal subsidiyaların 10 milyon avro azaldılmasından sonra qəbul edilib. Bundan əlavə, əməkhaqqı artımı səbəbindən 11 milyon avro məbləğində əlavə vəsait çatışmazlığı yaranıb.
Yunandilli xidmətlə yanaşı, alman dilində əsas bölmələrin - xəbər xidməti və "Deutsch Lernen" dil xidmətinin birləşdirilməsi planlaşdırılır. Onların ümumi büdcəsi iki dəfə azaldılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:192
Bu xəbər 20 Fevral 2026 02:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















