Devalvasiya yaxın illərdə olmayacaq Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Icma.az bildirir, Mia.az portalına istinadən.
"Bu gün Mərkəzi Bankın rəhbəri Taleh Kazımovun dəvəti ilə növbəti, artıq ənənəvi görüşdə iştirak etdim, dəvətə və maraqlı söhbətə görə Taleh müəllimə və komandasına təşəkkür edirəm".
Mia.az xəbər verir ki, bu sözləri iqtisadçi, Real Partiyasının sədri Natiq Cəfərli sosial media heabında yazıb.
Onun sözlərinə görə, görüş zamanı Mərkəzi Bank rəhbəri rəhbəri bir neçə əsas tezis səsləndirib:
"1) Devalvasiya yaxın illərdə olmayacaq, bunun üçün əsas yoxdur,
2) Depozit və kredit faizlərində ciddi dəyişikliklər gözlənilmir,
3) Qiymətli kağızlar bazarında bu il yeni addımlar olacaq.
Mən çıxışımda artan vergi və cərimə yükünün inflyasiyanı artıra biləcəyini vurğuladım, Taleh müəllim dedi ki, hesablamaları var, bu məsələlərin inflyasiyaya təsiri cüzidir, yəni, MB ciddi təsir gözləmir. Mən əksini düşünürəm, hökumətin vergilər, cərimələr, aşırı tənzimləmə ilə bağlı qərarları inflyasiyanı sürətləndirən amillərdən biri olacaq.
Sonda çıxışımda son zamanlar bank tədbiqi vasitəsi ilə ödənilən cərimələrə 40 qəpik xidmət haqqı tutulmasının doğru olmadığını vurğuladım, məsələm, DYP 10 manat cərimə edir, tez ödəyəndə 1 manat endirim var, amma, bank ödəniş edəndə 9 manat 40 qəpik çıxır, 40 qəpik xidmət haqqı alır – bu doğru deyil, Taleh müəllim söz verdi ki, bu məsələ ilə bağlı araşdırma aparacaqlar.
Belə görüşlər çox əhəmiyyətlidir, hökumət nümayəndələri, iqtisadi komada üzvləri də bənzər müzakirələr təşkil etsinlər, məmnuniyyətlə iştirak edərəm...".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 04 Fevral 2026 19:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















