Icma.az
close
up
RU
Mərkəzi Bankdakı görüşdə nə olub? Devalvasiya ilə bağlı mühüm açıqlama

Mərkəzi Bankdakı görüşdə nə olub? Devalvasiya ilə bağlı mühüm açıqlama

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Aprelin 24-də Mərkəzi Bankın sədri 9 iqtisadçı ekspertlə ənənəvi formatda görüşüb. İştirakçıların sözlərinə görə, bu dəfə həmişəkindən bir qədər gərgin müzakirə olub. Pul siyasəti, manatın məzənnəsi, valyuta hərracları, kartlardan oğurlanan pullar və s. ətrafında diskussiya gedib.

Bu görüşlər ölkənin bank, valyuta və sair sahələrinə nə kimi töhfə verir və ya verəcək?

Globalinfo.az-a danışan iqtisadçı Samir Əliyev deyib ki, adətən, görüş rübdə bir dəfə keçirilir.

Onun sözlərinə görə, müzakirələr bir neçə saat davam edir:

“Məsələn, görüş müddəti 2 saat nəzərdə tutulurdu, lakin 3 saatdan çox davam etdi. Sözün yaxşı mənasında müzakirə gərgin oldu. Belə ki, fikir mübadiləsi aparıldı, əks arqumentlər gətirildi və s. Ümumilikdə bu görüşü faydalı hesab edirəm. Çünki burda ikitərəfli qazanc var.

Ekspertlərin qazancı odur ki, problemi yaxından başa düşmək imkanı əldə edirik. Bildiyimiz kimi, bəzən Mərkəzi Bank bütün məlumatları açıqlamır. Tutaq ki, baş verən proseslərin hansısa hissəsini açıqlayır, digərini açıqlamır. Bəzən biz də məlumatların qıtlığından əziyyət çəkirik, prosesi tam başa düşməyə bizə imkan verilmir. Qiymət vermək üçün 100 faizlik məlumat olmalıdır. Mərkəzi Bankın da qazancı budur ki, atdığı addımın cəmiyyətə düzgün ötürülməsinə nail olur. Məsələn, ola bilər jurnalist məlumatı yanlış izah edər, ekspert də hadisəni neqativ yöndən şərh edər. Bu isə yaxşı hal deyil”.

İqtisadçı deyib ki, müzakirə olunan məsələlərdən biri də hərraclarla bağlı olub:

Samir Əliyev

“Bildiyiniz kimi, Mərkəzi Bank bir aydır hərracların nəticələrini açıqlamır. İki hərrac keçirilir, Dövlət Neft Fondunun valyutaları satılır və həmin pul dövlətə transfer edilir. Bununla bağlı da məlumat verilmir. Bank da açıqlamasında buna ehtiyac görmədiklərini bildirir. Biz ekspertlər də bunun əleyhinə çıxmışdıq. Sədr də görüşdə artıq açıqlama verməmə arqumentlərini dedi. Bildirdi ki, bazara pul çıxarsa məlumat veriləcək, amma həmin valyuta Neft Fondunun vəsaiti olduğu üçün məlumatı onlar açıqlamalıdır. Təbii ki, biz bununla razılaşmadıq. Çünki burada söhbət ictimai vəsaitdən gedir. Hamımız da bilirik ki, neftin pulu kiminsə şəxsi vəsaiti deyil. Sədr özü də dedi ki, bəzi məsələlərdə məsləhətləşmək daha yaxşı olardı”.

Samir Əliyev devalvasiya məsələsinə də toxunub:

“Baxın, tez-tez mediada valyuta bazarı ilə bağlı açıqlamalar gedir. Mərkəzi Bank ondan narahatdır ki, hansısa ekspert devalvasiyanın olacağı fikrini irəli sürür və bəziləri buna inanır. Hətta buna inanalar gedib dollar alırlar. Beləliklə də, çaşqınlıq yaranır. Bunlar da ona görə narahatdırlar ki, cəmiyyətdə əsassız fikirlər yaranmasın. Əgər hərracda bu gün dollar daha çox satılırsa, bu o demək deyil ki, həmin valyutaya tələbat artıb. Neft Fondunun öz öhdəliyi var, onlar normadan artıq dollar satmırlar. Bəli, ola bilər ötən illə müqayisədə bu il dollar çox satılıb. Səbəb ona tələbatın olması deyil, sadəcə, satışın çoxluğu onu göstərir ki, büdcə qarşısında bunun öhdəliyi çoxdur. Bu istiqamətdə müzakirələr aparıldı. Görüş faydalı idi. Düşünürəm ki, digər qurumlar da bu nümunədən istifadə edə bilər”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Aprel 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see587

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see418

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see298

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see276

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see270

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see265

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see254

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see254

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see252

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see234

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see226

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see206

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see199

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see199

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see194

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see183

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see183

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see179

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see171

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri