Icma.az
close
up
RU
Menu

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Azərbaycan benzini hansı ölkələrə satır?

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Dəyər nədir e, ümumiyyətlə? Lüt qadın və balina paraleli…

Dəyər nədir e, ümumiyyətlə? Lüt qadın və balina paraleli…

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Başımız daşlara, kəsəklərə bərk qarışıb. Lüt qadın, balina... Hara fırlatsan, daş kimi durublar... Onsuz da daşa olan məhəbbətimiz öləndən sonrakı dəbdəbəli baş daşımızda təzahür edir. Və ya daş-qaşlara olan sevgimiz… Daşlaşmış insanların simvolik, fəlsəfi, müqəddəs, nəcib, nanəcib və s. daşlara münasibəti də daş kimidir, yaxud əksinə, daşlaşmaqda olan neqativlərə daş kimi olmamaq istəyi. Betonu bərkimədən üstünə su tökmək, onu yumaq kimi... 

Dəyər sözü o qədər dəyərdən düşüb ki, dəyərlərimizə də daş kimi münasibət göstəririk. Daşlaşmış, robotlaşmış, ruhsuzlaşmış dəyərlərimiz... 

Məsələn, insanlar arasında artıq rahat şəkildə sual edənlər var ki, əşi nə dəyər e, sən canı, sənin üçün müqəddəs dəyər varmı, dəyər nədir e, ümumiyyətlə?

Lüt qadın heykəlini hərə bir yerə çəkdi. Şüurlu şəkildə dəstəkləyib “This is art” deyənlərdən tutmuş, şüursuz şəkildə tənqid edib heç bir arqument gətirməyənlərə kimi. Əlbəttə, mədəniyyət olduğuna inananlar və əsaslı şəkildə bunun nanəcib olduğuna inanmayanlar da var. Səmimi hisslərlə, tutarlı arqumentlərlə. Əmması yes, tutarlı olub-olmaması hansısa meyara söykənməlidir. Oğrunun doğru olmadığını göstərdiyimiz kimi... Məsələn, günün birində kimsə çıxıb desə ki, akazımıçka, sən demə, oğurluq edənlərin heç biri, əslində, oğurluq etmirmiş, ürəyindən keçən emosional ehtiyacını ödəyir, azad seçimini edib istəyini gerçəkləşdirir, onun haqqıdır və bunun üzərində fəlsəfə yapsalar, vəssalam, şüt tamam.

“Fahişə” və “əxlaqsızlıq” sözləri tarixə qovuşduğu kimi – Seks işçisi.

Qadın və kişi məfhumu get-gedə qadağan edildiyi kimi... Bəzi ölkələrdə cinsinin hansı olması önəmli də deyil, sən özün hansını seçdinsə, ondansan...

Deyirlər, heykəl daş parçasıdır, əşi lütdür lütdür də, nolar ki, kişi də lüt idi də. Okeyşn. Hesablasaq, gender bərabərliyi pozulub, lüt qadın lüt kişidən çoxdur. Çox ucuz misaldır, elə deyilmi? Amma hər şeyi belə başlayırlar.

Nəysə, gəlin, hamımız ən çılpaq - müxtəlif formalarda - heykəllər düzəldək və bunu şəhərin ən görünən yerlərində yerləşdirək. Təbii ki, “This is art” şüarı altında. Yaranan mənzərə təsəvvür etməyə dəyməz.

O qədər qadın bədənini istismar etdilər ki, az qala hər reklamda qadın bədənindən istifadə edib məhsullarını satırlar. Qadınlar özü buna etiraz etməkdən yenə kişilər özünə əl qatıb qadınların haqqını qoruyur. Sonra da mənfi qəhrəmana çevrilir. İndiyə qədər qorumusunuz, daha bəsdir də. Qoy özləri qorusun da. Dəhşətsiz e...

Nağarağ ki, bunun sui-istifadə olduğunu bilmirlər. Əgər şəhvanilik düşünülməsəydi, diqqət çəkmək üçün belə addım atılmazdı. Söhbət heç şəhvanilikdən getməyə də bilər. Niyə məhz qadın bədəni, niyə məhz qadın? Bəli, orada kişi heykəli də vardı, amma kişi heykəlinin nə qədər effektsiz olduğunu yaxşı bilirlər və ona görə də bundan az istifadə olunur.

Nə deyirdim? Daşlaşmışıq və ya daşlaş(n)ırıq, hə. İndi o qədər inandırıblar ki, o qədər “this is art”, “kül başına, ay çuşka”, “gerizəkalı”, “görməmiş” kimi sözlərlə atəş açıb, aşağılayıb sonra humanistlikdən dəm vurub “şiddətə yox” deyiblər ki, nəyisə izah edə bilməz olmuşuq.

Məsələn, balinanın maket olduğuna inandıra bilmirdik, a kişi. Deyir ki, “get, topunla oyna”. Məgər ona “maket” deyəndə nə dəyişir ki. Lap elə əsldir. Nolacaq?! Çünki inanmışdıq, bərk inanmışdıq ki, o əsldir, təbiidir, canlıdır, amma hər şey dəqiqliklə sübut olunsa da, bunun üçün yenə də zamana ehtiyac oldu ki, insanlar “balina”nı əli ilə taqqıldadıb əmin olsunlar.

Elə bir çoxlarına da “lüt qadın” fəlsəfəsinə əlləri ilə toxunub taqqıldatmaqları, düşünmələri, “həəə, belə imiş” demələri lazımdır, yoxsa boğazını yırtsan da heç nə təsir etməyəcək. Çox şükür, artıq qadınların bəziləri bədənlərinin istismar olduğunu düşünür və buna müxtəlif formada, məsələn, köşə yazmaqla narazılığını ifadə edirlər.

Çox hörmətli ziyalımız Mübariz Yunuszadə demişkən: “Sənət sənət üçündür fikri zərərlidir, sənət əqidə və amal üçündür…”

Daşlaşmayaq, yoxsa bizi də bir gün eksponat kimi bir küncə qoyacaqlar, yoxsa biz də tarixə qovuşacağıq, yoxsa biz də ruhsuzlaşacağıq...

Samir Mirzə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://olke.az
archiveBu xəbər 11 Noyabr 2024 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see366

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see358

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see354

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see325

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see251

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see238

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see233

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see231

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see227

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see222

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see218

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see209

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see207

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see201

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see196

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see194

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see190

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see164

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri