Icma.az
close
up
RU
Dəyəri 110 min avro olan qiymətli daş: Bu nadir daş yalnız Çexiyada tapılır

Dəyəri 110 min avro olan qiymətli daş: Bu nadir daş yalnız Çexiyada tapılır

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Yer üzündə yaşıl rəngi və kosmik mənşəyi ilə seçilən unikal bir qiymətli daş var. Bu, yalnız Çexiyada rast gəlinən və 1 kiloqramı 110 min avro dəyərində olan moldavit daşına aiddir. 

Ölkə.az Valyuta.az-a istinadən xəbər verir ki, bu barədə "Farmingdale Observer" nəşri məlumat yayıb.

Yaşıl sərvət necə yaranıb?

Təxminən 15 milyon il əvvəl Cənubi Almaniyanın ərazisinə nəhəng bir meteorit düşüb və Nördlingen şəhəri yaxınlığında 24 kilometr diametrli Ries krateri formalaşıb. Bu toqquşma nəticəsində ətraf qayalar ekstremal temperatur və təzyiqə məruz qalaraq buxarlanıb.

"Yüksək istilik və təzyiq yer səthindəki süxurların əriməsinə səbəb olub və ərimiş damcılar atmosferə püskürərək yüzlərlə kilometr məsafəyə yayılıb. Bu damcılar havada sürətlə soyuyaraq şüşəyə bənzər, amorf quruluşlu maddəyə çevrilib – bu maddə bu gün tanınan moldavitdir", deyə nəşr vurğulayır.

Digər qiymətli daşlardan fərqli olaraq, milyon illər ərzində yerin mantiyasında kristallaşan mineralların əksinə, moldavit saniyələr içində yaranıb. Onun tərkibi qeyri-kristallik olduğu üçün bu daş "təbii şüşə" hesab edilir. Daşa xas olan butulka-yaşıl rəng isə tərkibindəki dəmirin miqdarı ilə bağlıdır. Rəng spektri meşə yaşılından mavi-yaşıl çalara qədər dəyişə bilər.

Moldavitin nadirliyi nədən qaynaqlanır?

Moldavitin eksklüzivliyi onun coğrafi məhdudiyyəti ilə izah olunur. Bu daşın 99%-dən çoxu yalnız Çexiyanın cənubundakı Vltava çayının yuxarı hövzəsində tapılıb. Adını da bu çayın alman dilindəki adı olan "Moldau"dan götürüb. İlk dəfə 1836-cı ildə həmin bölgədə aşkarlanıb.

Əsas yataqlar Çeske-Budeovitse, Trqove-Svini və Praxatitse şəhərlərinin ətrafında yerləşir. Moraviya bölgəsindəki Iqlava çayı yaxınlığında da bəzi nümunələr tapılsa da, onlar daha tünd rəngli və az şəffaf olur. Bu coğrafi məhdudiyyət moldavitin nadirliyini və bazar dəyərini artırır.

Bazarda qiymət artımı

2000-ci illərin əvvəllərində moldavitin 1 qramı təxminən 4,60 avro təşkil edirdi. Lakin 2025-ci ilə qədər yüksək keyfiyyətli nümunələrin qiyməti 1 qram üçün 110 avronu keçib. Bu isə 1 kiloqram üçün təxminən 110.000 avro deməkdir. Muzey səviyyəsində olan nadir, şəffaf və təbii formalı daşlar isə daha yüksək qiymətə satılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 İyul 2025 04:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri