Icma.az
close
up
RU
Dəyərləndirmədə yüksək şəffaflıq

Dəyərləndirmədə yüksək şəffaflıq

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Qiymətləndiricilər Palatası elektron nəzarət sistemi yaradıb

“Azərbaycan Qiymətləndiricilər Palatası keyfiyyətin idarə edilməsi və beynəlxalq standartlara uyğunluq istiqamətində yeni mərhələyə start verib”. Bu barədə “Xalq qəzeti”nə Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədr müavini Günay İsmayılqızı məlumat verib.

Palata rəsmisi bildirib ki, Beynəlxalq Qiymətləndirmə Standartları Şurasının (IVSC) yeni tələbləri qiymətləndirmə sahəsində qlobal dönüş yaradır və artıq Azərbaycan da bu sistemə inteqrasiya olunur. Onun sözlərinə görə, bu istiqamətdə atılan əsas addımlardan biri “Keyfiyyətə elektron nəzarət sistemi”nin tətbiqidir: “Bu sistem hər bir qiymətləndirmə hesabatının arxasında dayanan məsuliyyətin ölçülməsini təmin edir. Nəticədə, keyfiyyətin idarə edilməsi prosesinin müasir texnoloji mühitdə həyata keçirilməsinə şərait yaranacaq. Bu yanaşma palata üçün nəzarət vasitəsi olmaqla yanaşı, qiymətləndirici təşkilatların öz daxilində keyfiyyət idarəçiliyinin formalaşmasına da zəmin hazırlayacaq”.

Sədr müavini qeyd edib ki, yeni mərhələnin texnoloji əsasını palatanın elektron portalı təşkil edir: “Bu portal qiymətləndirmə təşkilatlarının fəaliyyətini vahid mərkəzdən izləməyə, hesabatların keyfiyyətini təhlil etməyə imkan verir. Əvvəllər keyfiyyətə nəzarət prosesi kağız daşıyıcılar üzərində və insan amili ilə həyata keçirilirdisə, indən belə bütün mərhələlər – işin icrasından auditə qədər portal üzərindən avtomatik və şəffaf şəkildə izlənəcək. Bu sistem qiymətləndirici təşkilatlar üçün bələdçi rolunu oynayacaq. Hər bir təşkilat portaldakı “Keyfiyyət reytinqi” vasitəsilə öz fəaliyyət göstəricilərini görəcək, çatışmazlıqları müəyyən edərək təkmilləşmə planı hazırlaya biləcək”, – deyə palata rəsmisi açıqlayıb.

Günay İsmayılqızı onu da bildirib ki, “IVSC 2025” standartlarının əsas yeniliyi qiymətləndirmə prosesinin yalnız bazar dəyərinin hesablanması kimi deyil, həm də keyfiyyət, məsuliyyət və şəffaflıq prinsipləri ilə dəyərləndirilməsidir: “Yeni standartlar tələb edir ki, hər bir qiymətləndirmə hesabatında məlumat mənbələri, istifadə olunan metodlar və nəticələrin əsaslandırılması tam sənədləşdirilsin. Bu, qiymətləndirici, sifarişçi və nəzarət orqanı arasında ümumi etimad və şəffaflıq mühiti formalaşdırır. AQP beynəlxalq standartların tələblərini Azərbaycan reallıqlarına uyğunlaşdırmaq istiqamətində sistemli fəaliyyət göstərir. Məqsəd təkcə yekun nəticəyə deyil, bütün qiymətləndirmə prosesinə nəzarəti təmin etməkdir. Hər bir üzv təşkilatın daxilində keyfiyyətə nəzarət sistemi qurulmalı və bu sistem AQP portalı vasitəsilə vahid nəzarət mühitinə inteqrasiya olunmalıdır. Bu, bazar etimadının və peşə reputasiyasının güclənməsinə, eləcə də beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir”.

Portalda formalaşacaq məlumat bazasının gələcəkdə “Bakı əmlak qiymət xəritəsi”, ESG göstəriciləri əsasında analitik hesabatlar və bazar trendlərinin proqnozlaşdırılması kimi layihələrin əsas mənbəyinə çevriləcəyini söyləyən palata rəsmisi bu islahatların qiymətləndirmə peşəsini strateji qərarların ayrılmaz hissəsinə çevirəcəyinə əmindir: “Düzgün və keyfiyyətli qiymətləndirmə olmadan nə real investisiya planlaşdırması, nə dövlət əmlakının idarə olunması, nə də şəffaf bazar iqtisadiyyatı mümkündür. Bizim məqsədimiz bu sahəni strateji qərarvermənin etibarlı dayağına çevirməkdir. Azərbaycan Qiymətləndiricilər Palatası artıq təkcə peşəkar birlik deyil, həm də qiymətləndirmə sektorunun institusional beyin mərkəzi kimi formalaşır. “IVSC 2025 standartları ilə AQP elektron portalının sintezi qiymətləndirmə sahəsini keyfiyyətcə yeni mərhələyə yüksəldir. Hər rəqəmin arxasında məsuliyyət, hər hesabatın arxasında etimad, hər sistemin arxasında isə şəffaflıq dayanır”.

İ.RÜSTƏMOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Noyabr 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri