Icma.az
close
up
RU
“Qiymətləndirmə iqtisadiyyatın şəffaflıq sütunudur” MÜSAHİBƏ

“Qiymətləndirmə iqtisadiyyatın şəffaflıq sütunudur” MÜSAHİBƏ

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Qiymətləndirmə sahəsi bir çox insan ücün sadəcə rəqəmlərin hesablanması kimi görünsə də, iqtisadiyyatın istinad nöqtələrindən biridir.  Bu sahə ilə bağlı suallarımızı cavablandırmaq üzrə qonağımız Azərbaycan Qiymətləndiricilər Palatasının sədri, tanınmış ekspert Nüsrət İbrahimovdur.

Qiymətləndirmənin iqtisadiyyatda rolu nədir?

-Qiymətləndirmə iqtisadi sistemin "gözləri"dir. Aktivin obyektiv bazar dəyəri olmadan iqtisadi təhlil, investisiya, kreditləşdirmə və ya kompensasiya kimi proseslər ədalətli icra oluna bilməz. Qiymətləndirmə iqtisadi şəffaflığın və mülki ədalətin təminatıdır.

Qiymətləndirici kimdir və peşəkar standartlar nəcə təmin olunur?

- Qiymətləndirici obyektiv, Dövlət İmtahan Mərkəzin qanunun tələblərinə uyğun imtahandan uğurla keçmiş, peçə sığortası olan, Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü olan beynəlxalq və milli standartlara bələd peşəkardır. Hazırda qiymətləndirmə sahəsi "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanun, IVSC 2025 və IFRS kimi standartlarla təmin olunur. Palata olaraq ölkə üzrə fəaliyyət göstərən qiymətləndiricilərin peçə fəaliyyətlərini, etik davranış qaydalarını, davamlı təlimləri idarə edirik.

Qiymətləndirmənin konkret tətbiq sahələri hansılardır?

- Qiymətləndirmə bir çox sektor və sahələrdə vacib rol oynayır. Ən geniş yayılmış sahələrə daşınmaz əmlakın, torpaq sahələrinin, müəssisələrin (bizneslərin), səhmlərin və bank girovlarının dəyərləndirilməsi daxildir. Bundan əlavə, dövlət tərəfindən əmlakın müsadirəsi və kompensasiya ödənişləri, dəymiş ziyanı, sığorta üçün əmlak dəyərinin təyin edilməsi, eləcə də məhkəmə proseslərində ekspertiza kimi qiymətləndirmə işləri və s. həyata keçirilir. Bu sahələrin hər birində düzgün qiymətləndirmə qərarların obyektivliyini və hüquqi etibarlılığını təmin edir.

Qiymətləndirmənin olmadığı hallarda risklər nələrdir?

- Qiymətləndirmənin olmadığı və ya qeyri-peşəkar aparıldığı hallarda bir sıra ciddi iqtisadi və sosial risklər meydana çıxır. Əvvəla, düzgün qiymət müəyyən olunmadıqda dövlət vergi gəlirlərindən məhrum ola bilər. Eyni zamanda, qeyri-obyektiv dəyər təyinatı investorların bazara olan inamını azaldır və investisiya mühitini zəiflədir. Digər tərəfdən, kompensasiya məsələlərində ədalətsiz dəyərləndirmə sosial narazılığa səbəb ola bilər. Bank sistemində isə zəif qiymətləndirmə zəmanətlərin qeyri-real dəyərlə təyin olunmasına gətirib çıxarır ki, bu da maliyyə risklərini artırır.

Palatanın son illərdəki fəaliyyəti nəyə istiqamətlənib?

-Azərbaycan Qiymətləndiricilər Palatası son illərdə həm peşəkar bacarıqların artırılması, həm də sahənin institusional inkişafı istiqamətində mühüm işlər görmüşdür. Müxtəlif təlim və seminarlar vasitəsilə qiymətləndiricilərin beynəlxalq standartlara uyğunlaşdırılması təmin olunur. Eyni zamanda biz beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirərək təcrübə mübadiləsinə önəm veririk. Rəqəmsal platformaların tətbiqi ilə qiymətləndirmə prosesləri daha şəffaf və sürətli olur. Həmçinin qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə normativ sənədlərlə bağlı təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim edilir.

Qarşıda duran strateji hədəfləriniz hansılardır?

- Strateji hədəflərimiz 2025–2030-cu illəri əhatə edən inkişaf planımıza əsaslanır. Bu dövrdə qiymətləndirmənin rəqəmsallaşdırılması, regionlarda qiymətləndirmə xidmətlərinin genişləndirilməsi və keyfiyyətə nəzarət mexanizmlərinin gücləndirilməsi əsas prioritetlərdəndir. Eyni zamanda, bank sektoru ilə inteqrasiyanın dərinləşdirilməsi, beynəlxalq sertifikat proqramlarının təşviqi və qiymətləndiricilərin etik davranış kodeksinə uyğun fəaliyyətinin təmin edilməsi qarşıdakı hədəflər sırasındadır. Məqsədimiz həm yerli, həm də beynəlxalq səviyyədə rəqabətə davamlı qiymətləndirmə sisteminin formalaşdırılmasıdır.

Dəyərli vaxtınızı ayırdığınız və qiymətləndirmə peşəsinin ictimai əhəmiyyətini bu qədər açıqladığınıza görə sizə minnətdarlıq edirik, cənab İbrahimov.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 May 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri