Icma.az
close
up
RU
“Deyim ki, dominant “Neftçi”ni martın 22si görəcəksiniz?” Samir Abasov

“Deyim ki, dominant “Neftçi”ni martın 22si görəcəksiniz?” Samir Abasov

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Azarkeşlər sağ olsunlar ki, uzun yol gəlib dəstəklədilər. Gələ bilməyən azarkeşlər də minnətdaram. Soyuqda, qışda bu məsafəni qət edirlər və komandalarını dəstəkləyirlər. Var olsunlar". 

QOL.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 18-ci turunda "Turan Tovuz"la səfərdə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra deyib. 

O, oyunla bağlı fikirlərini bölüşüb və jurnalistlərin suallarını cavablandırıb:

- Birinci hissədə rahat idik. Oyunu idarə edirdik. Amma ikinci hissə də bilərək ki, rəqib hansı məqamlarda təhlükəlidir, həmin epizodlardan qapımıza qol gətirdik. Oyunun gedişatında da Yeqor Boqomolski və Filip Ozobiçin yorulmaları bütün ajiotajı rəqibə verdi. Futbolçularım mübarizə apardılar, sağ olsunlar. Hər bir rəqib üçün bu meydanda oynamaq çətindir. İndi 10-12 günlük istirahətə gedirik. Düşünürəm ki, buna futbolçularımın ehtiyacı var. Hər oyundan oyuna stress və dəyişikliklər olur. Bunlardan dincəlməlidirlər. Çox vaxtımız da olmayacaq. Ondan sonra işimizə davam edəcəyik. 

- İkinci hissədə etdiyiniz əvəzetmədən sonra Ervin Koffini orta sahəyə çəkməyiniz təəccüblü gəldi. Bu, məcburi idi, yoxsa əvvəlcədən planlaşdırmışdınız?

- Məşqlərdə bunu nəzərə alırdıq ki, oyunda nəsə ola bilər, kimsə zədələnə bilər. Bunun üzərində işləyirik və Koffiyə başa salırıq. Amma plana uyğun deyil idi. Bu gün həmin mövqedə 3-4 futbolçumuz zədələnməsi, əlbəttə ki, təsirsiz ötüşmür. Ozobiç oyundan qopmağa başlamışdı. Yaş və meydança amili də rol oynadı. Uzun zədədən sonra başlayıb oynamağa. Onu dəyişib həmin mövqeyə qoya biləcəyimiz oyunçu olmadığından bunu etdik. 

- Qol epizodundan başqa, demək olar ki, "Neftçi"nin fürsətləri çox olmurdu. Xüsusən də son dəqiqələrdə komanda geri çəkildi. "Turan Tovuz"un isə əksinə qol epizodları çox oldu. "Neftçi"nin əzəmətli oynaması üçün nə çatmır? Heyət problemidir mi?

- Siz bunu məndən öyrənib ictimaiyyətə mənim adımdan bildirmək istəyirsinizsə, bu fikri burada saxlayacağam. Çünki bu, mənim komandamdır və şəxslər üzərində danışmaq istəmirəm. Sən radioda dəfələrlə nəyin çatışmadığını dilə gətirmisən. Sırf bunu mən deməliyəmsə, etməyəcəm. Çünki problemi özüm bilirəm və hər şey nəzarətimiz altındadır. Hər şeyin məqamı var. Bilirik ki, "Neftçi" adına digər komandalar nə cür oyun göstərir. Uzağa getməyək, ötən matç "Kəpəz"lə oynadıq. Həmin oyuna baxın və sonra onların "Sumqayıt"la oyunlarına baxın. Heç kəsi günahlandırmaq fikrim yoxdur, sadəcə məcraya, oyunda baş verən proseslərə baxın. Futbolçuların istəyi və ajiotaja baxın. Bunu normal qəbul edirik. Bu hala adekvat cavab vermək üçün oyunumuzu möhkəmləndirməliyik, buna da zaman lazımdır. Bunun üçün də oyunçular tapşırıqları anlamalıdırlar. Anlasalar, bundan qazanacağıq. Əgər fikirləşirsinizsə ki, bu gün bizim üçün önəmli olan nə idi, deyərdim ki, nəticə. Amma rəqib geriyə düşməyimiz xüsusi oyun tərzi və ajiotajla məcbur etdi. Çox rəqiblər bu meydanda əziyyət çəkir, biz də əziyyət çəkdik. Amma digər oyunlarda fərqlidir vəziyyət. Həmin görüşlərdə sırf "Neftçi" bu cür oyun göstərir deyə bir şey yoxdur. Razıyam ki, öz adımıza görə belə oynamalı deyilik. Amma biz təzəyik və komandanı yenidən qururuq. Futbolçuları komandada görmək istədiyimiz oyun tərzinə oturtmaq istəyirik. Bəzilərində alınır, bəzilərində gec alınır, digər oyunçularda isə heç alınmır. Bundan sonra şəxsi adlara keçməli olacağam, amma bu gün uyğun gün deyil. 

- Komandaya çətin dönəmdə gəldiniz. Amma son mətbuat konfransında dediniz ki, gedəcəyimiz yolu bilirik. Qabaqdan da qış fasiləsi gəlir. Demək olar ki, çətin dönəm geridə qaldı?

- Xeyr, arxada qalmayıb. Yaya qədər çətinliklər çəkəcəyik. Öz aramızda da bunu danışmışıq. Gələndə bilirdik ki, çətin durumda gəlmişik. Və bilirdik ki, hazırda bunu dəyişmək çətindir. Bəlkə də, bəzi oyunları sırf nəticəyə görə oynayaraq və qələbələr qazandıqca nələrisə düzəldə biləcəyik. Artıq bəzi futbolçular düşündüyümüz kimi yaxşıdır və bizə yararlıdırlar. Sadəcə vəziyyətə görə bu durumdadırlar. Düşünürük ki, yalnız qələbə ilə bunu aradan qaldıra bilərik. Qış fasiləsi bizə onu verəcək ki, həm futbolçular, həm biz özümüz soyuq başla analiz edəcəyik. "Neftçi" olaraq işimiz çoxdur və dayanmadan işləyirik.

- Artıq əşyalarını hazırlayıb getməyə hazır olan oyunçular var?

- İndi bundan danışmaq, məncə, yersiz olar. Transferlər üzərində dayanmadan işləyirik. Şablon söz olsa da, qışda bunun nə qədər çətin olduğunu siz də bilirsiniz. Ona görə bu, bizi çətinliyə sala biləcək məqam ola bilər. Kimləsə danışmayıb əlimizdə olan oyunçuları göndərsək, əziyyət çəkə bilərik. Zədələrə görə bu gün Koffini yarımmüdafiədə oynatdıq. Bu cür vəziyyətlərdə deyirsən ki, kaş, filan oyunçu qalardı, oynayardı.

- Dominant "Neftçi"ni nə vaxt görəcəyik?

- Nə cavab verib buna? Martın 22-si... Nə deyim? Bunun tarixi olur?

- Killan Lebonun göstəriciləri nə qədər aşağı düşüb?

- Bütün futbolçular bizimlə Tovuza gəlmişdi. Çünki son və çox vacib matç idi. Tələb o idi ki, bütün oyunçular bura gəlir. Ehtiyatda oturan oyunçuların içində də ümumiyyətlə oyuna hazır olmayan futbolçular var idi. Lebonun da problemləri var idi. Oynamamağı zədə səbəbindəndir. Ümumi danışsaq, adlar keçmək istəmirəm. Kimi performansını qabardaq? Tək Lebonu deməzdim, komanda şəklində yaxşı deyilik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://qol.az
archiveBu xəbər 21 Dekabr 2024 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see421

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see332

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see244

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see237

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see228

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see219

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see217

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see216

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see212

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see194

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see193

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see187

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see184

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see182

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see180

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri