Icma.az
close
up
RU
Samir Abasov: “Neftçi”ni istəməyənlər çoxdur”

Samir Abasov: “Neftçi”ni istəməyənlər çoxdur”

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Premyer Liqasının V turunun “Sumqayıt” – “Neftçi” oyunundan (0:2) sonra qonaq komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Futbolçulara yaxşı oyuna görə təşəkkür edirəm. Bundan əvvəl “Sabah”a,”Turan Tovuz”a qarşı yaxşı matç keçirmişdik. Daha da üstünə qoyaraq bu gün qələbə qazanmaq istəyən komanda gördük. Bu da səbəbsiz deyil. Bir az uzun olacaq… “Neftçi”nin hansı kalibrda olan komanda olduğunu bilirsiz, böyükdür. Hətta heç-heçə belə bu komanda üçün uğursuz sayılır. Nə qədər izah etməyə çalışsan da ki, yeni komandayıq… Bu, reallıqdır. Qaçılmaz reallıqdır. Reallıq komandanın göstərdiyi oyundur. İlk gündən baxmayaraq ki, gözləntiləri qarşılamırdıq. Çempionlar Liqasında “Qalatasaray” 1:5 hesabıyla uduzdu. Məşqçinin dedikləri maraqlı gəldi. Nəyin üstündə durdu? Bəhanə kimi də qəbul etmək normaldır. Lakin siz bizim yanımızda, işimizin içində deyilsiniz. Baş verən prosesləri bilməyə bilərsiniz. Qısası, sizlik deyil. Bizlə deyilsiz deyə çox şeyi bilmirsiniz. Okan Buruk mətbuat konfransında dedi ki, yeni oyunçu ilə çıxmışıq. Adam düşünür ki, İlkay kimi oyunçu belə baş məşqçi üçün problemdir. Qınama olacaq. Təsəvvür edin, bizdə də 14-15 yeni oyunçu var. Reallığı qəbul etməliyik. Son matçlarda göstərdiyimiz yaxşı oyun var. Məğlub olursan, xal itirirsən, təzyiqlər başlayır. “Neftçi”ni istəməyənlər çoxdur. Hamı təzyiq etməyə başladı. Futbolçular da bunları görür. Onları situasiyadan çıxarmaq lazımdır. Rəhbərlik ilk gündən mənim, komandanın arxasında oldu. Bu, görmədiyim şey idi və buna görə danışmaq istəyirəm. Rəhbərlik lazım olandan artığını da etdi və bizi ayaqda saxladı. Mən və komanda adından qələbəni rəhbərliyə həsr edirəm. İnşallah, bu qələbə növbəti matçlar üçün təkan olar.

– Əvəzetmələr sanki həlledici oldu. Hər iki oyunçu qol vurdu. Öncədən planlaşdırılmış əvəzetmələr idi
– Hansısa məşqçi deyirsə ki, bunu buraxacam və qol vuracaq, yalandır. Əvvəldən belə olacağını bilmirdim.

– Ağadadaş növbəti matçlarda daha çox şans alacaq?
– Bütün futbolçular şans qazanacaq.

– Əvvəlki oyunlarda da demişik ki, “Neftçi” matçlarda yaxşı oynayıb. Sadəcə bəzən deyirlər ki, belə komandalara bir qələbə çox kömək edir. Bugünkü qələbənin növbəti matçlar üçün əhəmiyyəti necə olacaq?
– Çox. Sanki çiynimizdən yük atmış olduq. Buna çox ehtiyacımız var idi. Penalti epizodumuz da var idi. Qaçırılan imkanlarımız oldu. Fikir verdinizsə rəqibə imkan vermədik. Neçə oyundur, rəqiblərə qol epizodu vermirik. Ötənilkinə baxanda bunları düzəldə bilmişik. Kollektiv şəkildə oynayırıq, uşaqlar canlarını qoyurlar. Doğrudan da yaxşı komandayıq.

– Okan Buruk 1:5-dən sonra söz verdi ki, pley-offa düşəcəyik. Siz bu gün nəyə söz verirsiniz?
– İndi nəsə söz verməyəcəm. Hər oyuna qələbə üçün çıxacağıq.

– İkinci qoldan sonra emosiya partlayışı yaşadınız. Maraqlıdır, Sessi Almeydanın epizodunda çılğın reaksiya verdiz. Mən epizodu penalti kimi gördüm. Xal itirmiş olsaydınız, epizodla bağlı fikirləriniz necə olardı?
– Nəyisə qəsdlə etmiş demək olmur. Əleyhinə olan epizodlar verilir, amma lehinə verilmirsə, adam şübhələnir. Mən də epizoda baxdım və penalti epizodu kimi düşündüm. Ancaq deyəcəklər ki, heç nə yoxdu. Çünki bu “Nefçi”dir. Hər oyunda matçın nəticəsinə təsir edən qərarlar olur. Bəlkə də, udmuşuq deyə sakitik. Diqqətli olmaq lazımdır. Xahiş edirəm, bizim oyunlarımızda diqqətli olsunlar.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 21 Sentyabr 2025 21:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see404

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see370

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see368

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see332

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see328

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see320

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see253

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see243

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see223

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see222

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see214

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see212

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see210

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see210

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see205

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see195

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see194

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see190

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see190

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri