Deyirlər ki, eviniz uzaqdadır, o ünvana internet verə bilmərik VİDEO
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Qaradağ rayonu, Qobustan qəsəbəsində yaşayan Əsədovlar ailəsi 6 aydır internet üzü görmür.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, şikayətçi Şiraslan Əsədovun sözlərinə görə, onlar 7-8 ildir ki, internetdən istifadə edirlər, lakin 6 aydır internet verilmir. Üstəlik, telefona və olmayan internetə görə ona borc yazılıb.
O, bildirib ki, müqaviləyə əsasən, yaşadıqları ünvan 24 saat fasiləsiz internetlə təmin olunmalıdır, amma heç bir təminat da yoxdur.
Məsələ ilə bağlı "Aztelekom" MMC ilə əlaqə yaratsaq da, sorğumuza cavab verən olmadı. "Aztelekom"un 170 çağrı mərkəzindən isə vətəndaşın adına borc hesablandığı təsdiq edildi. Bildirildi ki, əraziyə internetin verilməməsinin səbəbi o ünvana gedən mis kabellərin yararsız vəziyyətdə olmasıdır. Yeni xəttin çəkilməsi isə mümkün deyil, çünki həmin ərazidə rabitə qurğuları yoxdur. O ki qaldı vətəndaşın adına hesablanan borc məsələsinə, internet, eləcə də telefon vətəndaşın adından çıxarılmalıdır. Əks halda, borc yazılmağa davam edəcək.
Daha ətraflı videomaterialı təqdim edirik.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 03 Dekabr 2025 22:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















