Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO
Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.
Bakıda böyük xəstəxanalardan biri təmirə bağlanır.
AZXEBER.COM Xezerxeber.az-a istindən xəbər verir ki, söhbət Nizami rayyonunda yerləşən, uzun müddətdir fəaliyyət göstərən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan gedir. Xəstəxana uzun müddətdir istismar olunduğundan bir neçə şöbə və laboratoriyanın yerləşdiyi binanın əsaslı təmirinə ehtiyac yarandığı bildirilir.
Məlumata görə, İnstitutun fəaliyyətinin müvəqqəti olaraq başqa ünvanda davam etdirilməsi ilə bağlı qərar qəbul olunub. Bu məqsədlə Səhiyyə Nazirliyinin balansında olan Mərdəkan və ya Saray qəsəbəsindəki binalardan birinin seçilməsi nəzərdə tutulur. Müəssisədə olan xəstələr artıq başqa ünvana köçürülüb. Qısa müddətdən sonra binada təmir işlərinə start veriləcək.
Xəstəxanada aparılacaq təmir işləri ilə bağlı Səhiyyə Nazirliyinə sorğu ünvanlasaq da qurumdan bu məsələ ilə bağlı veriləcək hər hansı bir cavabın olmadığı bildirildi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 11 Noyabr 2026 00:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















