Icma.az
close
up
RU
Bakıda “Qarabağın azadlığı və dirçəlişində ictimai həmrəyliyin rolu” mövzusunda dəyirmi masa keçirilib

Bakıda “Qarabağın azadlığı və dirçəlişində ictimai həmrəyliyin rolu” mövzusunda dəyirmi masa keçirilib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 24 sentyabr, AZƏRTAC

Bakıda 27 Sentyabr- Anım Gününün beşinci ildönümü münasibətilə “Qarabağın azadlığı və dirçəlişində ictimai həmrəyliyin rolu” mövzusunda dəyirmi masa təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Qarabağ Dirçəliş Fondunun (QDF) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisinin deputatları, şəhidlərin ailə üzvləri, qazilər, etnik və dini icma rəhbərləri, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Tədbirin açılışı zamanı Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

QDF-nin İdarə Heyətinin sədri Rəhman Hacıyev Qarabağda qazanılan tarixi Qələbənin xalqımızın həmrəyliyinin parlaq nümunəsi olduğunu bildirib: “Müharibə zamanı xalqımız həmrəylik nümayiş etdirdi və məhz həmrəyliyimiz, birliyimiz sayəsində düşmənə qalib gəldik, tarixi Zəfər qazandıq. İşğaldan azad olunmuş ərazilərin bərpası işində də həmrəylik nümayiş etdirmək olduqca vacibdir”.

BBMM-in icraçı direktoru Rəvan Həsənov deyib ki, 27 Sentyabr – Anım Günü xalqımızın iradəsinin və birliyinin təntənəsinin rəmzidir. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi xalqımızın tarixində misilsiz qəhrəmanlıq səhifəsi olmaqla yanaşı, həm də həmrəyliyin, milli birliyin və qardaşlığın ən parlaq təcəssümünə çevrilib: “İşğaldan azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, infrastrukturun yenidən qurulması yalnız iqtisadi tərəqqi üçün deyil, həm də ictimai həmrəyliyin möhkəmlənməsi baxımından strateji əhəmiyyət daşıyır. Çünki həmrəylik Qarabağın gələcək inkişafının, dayanıqlı sülhün və sabitliyin açarıdır. Biz Qarabağı həm də mənəvi baxımdan dirçəldirik. Qazandığımız tarixi Zəfər şəhidlərimizin qanı, qazilərimizin igidliyi, Ordumuzun gücü və xalqımızın birliyi sayəsində mümkün olub”.

Azərbaycan Dillər Universitetinin rektoru, BBMM-nin Himayəçilik Şurasının sədri, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Kamal Abdullayev vurğulayıb ki, 44 günlük Vətən müharibəsində təkcə hərbi deyil, həm də mənəvi Zəfər qazanılıb:”Bu müharibə göstərdi ki, xalqın gücü yalnız silahda deyil, onun qəlbində, iradəsində və birliyindədir. Azərbaycan həmişə fərqliliklərin harmoniyasını özündə yaşadan bir ölkə olub. Bizim multikultural ənənələrimiz, tolerantlıq mühitimiz əsrlərin sınağından keçib. Vətən müharibəsi bu dəyərləri yeni müstəviyə çıxardı. Göstərdi ki, müxtəlifliyin içindəki birlik, mədəniyyətlərin və dinlərin vəhdəti, əslində, milli gücün və qələbənin təməlidir”, - deyə K.Abdullayev qeyd edib.

Tədbir zamanı BBMM tərəfindən hazırlanan və Zəfər Gününə həsr edilən “Biz birlikdə güclüyük” sənədli filmi də nümayiş olunub. Eyni zamanda, tədbir iştirakçıları işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərini əks etdirən “Faciədən Zəfərə” fotosərgisi ilə tanış olublar.

QDF-nin Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırovanın moderatorluğu ilə keçən tədbirdə Milli Məclisin deputatları Fariz İsmayılzadə, Tural Gəncəliyev, Ceyhun Məmmədov, Mixail Zabelin, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Qafqaz Müsəlmanları İdarəsinin sədrinin müavini Fuad Nurullayev, etnik-dini icmaların nümayəndələri və digər natiqlər çıxış ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Sentyabr 2025 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri