Icma.az
close
up
RU
Naxçıvan MR in Konstitusiyasında mühüm dəyişikliklər (ŞƏRH)

Naxçıvan MR in Konstitusiyasında mühüm dəyişikliklər (ŞƏRH)

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Dəyişiklik Naxçıvanın hüquqi statusunun yalnız Azərbaycan Konstitusiyası ilə tənzimlənməsi prinsipinə keçidi göstərir".

Bunu Qaynarinfo-ya açıqlamasında Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklə bağlı müzakirədə olan layihəni şərh edərkən deyib.

Əliməmməd Nuriyev bildirib ki, son günlər diqqəti cəlb edən məsələlərdən biri də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına təklif olunan dəyişikliklər məsələsidr:

"Konstitusiyanın indiki qüvvədə olan mətninin preambulasında 1921-ci ilin 16 mart tarixli Moskva və 13 oktyabr tarixli Qars müqavilələrinə istinad olunur. Bu müqavilələr Naxçıvanın Azərbaycan SSR-nin tərkibində muxtar ərazi kimi qalmasını təmin edən beynəlxalq sənədlərdir. Təqdim olunan dəyişiklikdə isə bu abzasların preambuladan çıxarılması təklif olunur. Bu dəyişiklik tarixi və hüquqi əsasların normativ mətnlərdən çıxarılması kimi qiymətləndirilə bilər. Əvvəllər Moskva və Qars müqavilələrinə istinad etməklə Naxçıvanın muxtar statusunun beynəlxalq hüquqi zəmanətləri vurğulanırdı. Onların çıxarılması isə suveren hüququn daxili normativ qaynaqlarla təsbitinin keçidini ifadə edir. Bu da Naxçıvanın hüquqi statusunun yalnız Azərbaycan Konstitusiyası ilə tənzimlənməsi prinsipinə keçidi göstərir. Deməli, dəyişiklik dövlət suverenliyinin tam şəkildə tanınması və təmərgüzləşdirilməsi kontekstində şərh oluna bilər".


Həmsöhbətimizə görə, yeni yanaşmada Naxçıvanın statusunun birbaşa Azərbaycan Konstitusiyası ilə müəyyən olunacağı göstərilir:

"Qüvvədə olan mətnə görə, Naxçıvanın statusu həm Azərbaycan Konstitusiyası, həm də onun öz Konstitusiyası ilə müəyyən olunur. Yeni yanaşma isə statusun birbaşa Azərbaycan Konstitusiyası ilə müəyyən olunacağını göstərir. Bu dəyişiklik vahid hüquqi sistemə keçidin, muxtariyyətin hüquqi çərçivəsinin mərkəzi qanunvericilik aktları ilə müəyyən ediləcəyinin göstəricisidir. Əvvəllər Naxçıvan öz Konstitusiyası vasitəsilə hüquqi statusunu müəyyən edə bilirdisə, dəyişiklikdən sonra bu imkan məhdudlaşdırılacaq və Konstitusiya hüquqi səviyyəsinə tabeçilik daha da dəqiqləşdirilir. Bu, həm də muxtar respublikanın statusunun daha mərkəzləşdirilmiş və hüquqi sabitlik çərçivəsində tənzimlənməsi məqsədi güdür”.

Prezidentin Naxçıvanda səlahiyyətli nümayəndəsi institutunun təsbiti isə hüquqşünasa görə, Naxçıvanın idarə olunmasında Prezident hakimiyyətinin gücləndirilməsi ilə nəticələnəcək: 

"Prezident fərmanı ilə yaradılıb. Lakin Konstitusiyada qeyd olunmurdu. Dəyişiklikdə isə həmin nümayəndəlik Konstitusiyada müəyyən maddə ilə rəsmiləşdirilir. Dəyişiklik Prezidentin Naxçıvanda inzibatı siyasi nəzarətinin konstitusion əsasla təsbit olunması deməkdir. Bu, həm də Naxçıvanın idarə olunmasında Prezident hakimiyyətinin gücləndirilməsi, muxtar qurumun icra strukturunun yenidən qurulması, mərkəzi hakimiyyətin koordinasiyasının artırılması ilə nəticələnəcək”. 

Həmsöhbətimiz qeyd edir ki, ali vəzifəli şəxs statusunun ləğvi regional özünəməxsus idarə modelinin vahid dövlət idarəetmə modelinə keçidini ifadə edəcək:

"Muxtar respublikanın qüvvədə olan Konstitusiyasına görə, muxtariyyətin başçısı Ali Məclisin sədri xüsusi statusa malikdir. Yeni dəyişiklikdə isə bu status ləğv olunur. Bu isə Naxçıvanın idarəçiliyində Prezident üsul-idarəsinin gücləndirilməsi, muxtar rəhbərlik institutunun isə simvolik və ya struktur olaraq zəiflədilməsi anlamına gəlir. Yəni Naxçıvanın siyasi idarəetməsi birbaşa mərkəzdən yönəldilir. Bu dəyişiklik regional özünəməxsus idarə modelinin vahid dövlət idarəetmə modelinə keçidi ifadə edir. Bu da Azərbaycanın unitar dövlət olmasından irəli gəlir. Dəyişiklik Azərbaycan Konstitusiyasına uyğunlaşma deməkdir, həm də vahid vertikalı müəyyənləşdirir və icra hakimiyyəti institutunun Prezidentə məxsusluğunu bir daha göstərir. Dəyişiklik Naxçıvanın hüquqi, siyasi, inzibati statusunun mərkəzi icra hakimiyyətinə daha sıx bağlanması və Azərbaycan Konstitusiyasına tam inteqrasiya edilməsinə yönəldilib. Bu daxili suverenliyin daha güclü ifadəsi, konstitusion sabitliyin təminatı və vahid idarəetmə modelinə keçid kimi qiymətləndirilə bilər”. 


Qeyd edək ki, Naxçıvan Konstitusiyasına dəyişiklik layihəsi iyunun 21-də Milli Məclisin plenar iclasında müzakirə ediləcək. Layihədə konstitusiyanın preambula hissəsinə də dəyişiklik nəzərdə tutulub. Layihəyə əsasən, preambulanın birinci və ikinci abzasları ləğv edilir. Birinci abzas 16 mart 1921-ci il Moskva və 13 oktyabr 1921-ci il Qars beynəlxalq müqavilələrlə bağlıdır.

Həmçinin birinci maddənin ikinci hissəsində də Moskva və Qars müqavilələrin adları çıxarılır. Yeni dəyişikliyə əsasən, Naxçıvan Muxtar Respublikasının statusunu Azərbaycan Respublikasının Konstitusiyası müəyyən edəcək.

Konstitusiyada Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi də öz yerini tapıb. Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş vəzifələri yerinə yetirən icra orqanıdır.

Konstitusiyada ən mühüm dəyişikliklərdən biri isə Ali vəzifəli şəxs statusunun ləğv edilməsi ilə bağlıdır.

Rüfət Sultan


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 İyun 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see157

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see154

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see150

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see139

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see132

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see132

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see128

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see128

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see128

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see125

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri